Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN AVROPA BİRLİYİ İLƏ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRİR
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BELÇİKAYA SƏFƏRİ

Xəbər verdiyimiz kimi, aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərargahlarının yerləşdiyi Brüssel şəhərinə gəldi. Belçika paytaxtının beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri bu ölkənin və Avropa Birliyi komissiyasının yüksək vəzifəli şəxsləri qarşıladılar. Fəxri qonağı aparan maşın karvanı respublikamızın Prezidenti Heydər Əliyev üçün ayrılmış iqamətgaha yola düşdü.

Azərbaycan rəhbərinin xaricə hər səfəri müstəqil dövlətimizin dünyada daha çox tanınmasında, ayrı-ayrı ölkələrlə sıx əlaqələr qurulmasında, ən nüfuzlu beynəlxalq təşkilatlarda dövlətimizin haqq işinin, ədalətli mövqeyinin müdafiə olunmasında misilsiz rola malikdir. Görkəmli siyasi xadim Heydər Əliyev 1993-cü ilin ortalarında Azərbaycanın rəhbəri kimi yenidən fəaliyyətə başladığı vaxtdan bəri müstəqil dövlətimiz dünya ölkələri arasında layiqli yer tutmağa başlamışdır.

Prezident Heydər Əliyev Azərbaycanın yüksək nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr qurmasına və bu əməkdaşlığın daim dərinləşdirilməsinə, inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan dövlətimizin Avropa Birliyi təşkilatı ilə münasibətlərinin möhkəmləndirilməsi sahəsində görülən işlər daha böyük əhəmiyyətə malikdir. Azərbaycan liderinin Brüsselə səfəri də bu təşkilatın ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi üçün “Əməkdaşlıq barədə saziş” imzalanması, ilkin mərhələdə respublikamızın bu birliyin cəlb olunan üzvü, daha sonra isə bərabər hüquqlu üzvü qəbul edilməsi istiqamətində danışıqlar aparmaq məqsədi daşıyır. Səfərin digər əsas məqsədi isə Avropa Birliyi komissiyasının Azərbaycana göstərdiyi humanitar yardımın miqyasının genişləndirilməsi, ölkənin ərzaqla, xüsusən taxılla təmin olunması, güzəştli kreditlər alınması barədə razılıq əldə etməkdir.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Avropa Birliyi ilə əməkdaşlığın təməlini hələ 1993-cü ildə qoymuş və bu təşkilat Azərbaycanla bir sıra istiqamətlərdə əlaqələr qurmağa başlamışdır. Məsələn, bu beynəlxalq təşkilat EKHO xətti ilə ölkəmizə 22 milyon dollar həcmində yardım göstərmiş, qaçqınlar üçün hər birində 200 ev olan, 400 ailə yaşayan 10 qəsəbə salmış və həmin ailələri altı ay ərzaqla təmin etmişdir. Eyni zamanda, bu təşkilat hazırda çadırlarda yaşayan 100 minə qədər qaçqına ərzaq paylayır.

Avropa Birliyi TACİS proqramı çərçivəsində Azərbaycana texniki yardım da göstərir. Üçüncü istiqamət isə dövlət xətti ilə yardımlardır. Məsələn, Avropa Birliyi ölkəmizə 304 min ton taxıl və un göndərməyi nəzərdə tutur. İndiyədək 206 min ton taxıl və un göndərilmişdir. Bundan başqa, Azərbaycana 4 min ton ət verilmişdir. Yaxın vaxtlarda isə 2 min ton yağ göndərilməsi nəzərdə tutulur.

Göründüyü kimi, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi Azərbaycan üçün həyati əhəmiyyətə malikdir. Prezidentin Brüsselə səfəri də bu baxımdan dərin məna kəsb edir.

SOYDAŞLARIMIZLA HƏRARƏTLİ GÖRÜŞ

Aprelin 17-də Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgaha gələndən dərhal sonra Avropa ölkələrində yaşayan soydaşlarımızla görüşdü. Bu görüşə Belçikada yaşayan azərbaycanlılarla yanaşı, Almaniyanın müxtəlif şəhərlərindən, habelə İsveçrədən və Hollandiyadan da həmvətənlərimiz gəlmişdilər. Görüş iştirakçıları Azərbaycan Prezidentini hərarətlə, mehribanlıqla, gül dəstələri ilə qarşıladılar.

Prezident Heydər Əliyev görüşdə çıxış edərək, müstəqil Azərbaycan Respublikasından, doğma torpağımızdan soydaşlarımıza salam gətirdiyini söylədi. O dedi ki, biz Avropada, bütün dünyada yaşayan azərbaycanlıların həyatı ilə yaxından maraqlanırıq. Prezidentin fikrincə, qürbətdə yaşayan hər bir azərbaycanlı Vətənini, torpağını, millətini, dinini, dilini, ənənələrini unutmamalıdır.

Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin sülh you ilə başa çatdırılması, torpaqlarımızın düşməndən azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, qaçqınların öz doğma yerlərinə qayıtması istiqamətində görülən işlərdən geniş bəhs etdi. O bildirdi ki, əldə olunmuş uzunmüddətli atəşkəs rejimi davam edir və biz böyük sülh sazişinin imzalanmasınadək bu rejimin saxlanılmasına tərəfdarıq. Dövlət başçısı ATƏT-in Minsk qrupu ilə əməkdaşlıqdan da hərtərəfli söhbət açdı.

Prezidentin fikrincə, Ermənistanın Azərbaycana təcavüzü haqqında əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün xaricdə Azərbaycan lobbisinin formalaşmasına böyük ehtiyac vardır və bu istiqamətdə lazımi iş aparılmasına xüsusi diqqət yetirilməlidir. Heydər Əliyev dünya ölkələrində erməni lobbisinin Azərbaycana qarşı apardığı çirkin təbliğatdan da söz açdı və dedi ki, bütün bunların qarşısının alınmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşür. Prezident dedi ki, Azərbaycanın müstəqilliyi, bugünkü həyatı və gələcəyi üçün sizin hər birinizin gördüyü iş qiymətlidir. Çünki müstəqil dövlət kimi Azərbaycanın Avropa, Asiya, Amerika ölkələrində geniş təbliğ olunmağa çox böyük ehtiyacı vardır.

Heydər Əliyev respublikamızdakı mövcud ictimai-siyasi vəziyyət haqqında da soydaşlarımıza ətraflı məlumat verdi. O dedi ki, bir sıra daxili və xarici qüvvələr Azərbaycanın müstəqilliyinə xələl gətirməyə ciddi cəhdlər etsələr də, xalqımız dövlətimizin müstəqilliyini qoruyub saxlayacaq və bu yolda bizə heç nə mane ola bilməz.

Dövlətimizin başçısı ölkə iqtisadiyyatının dirçəldilməsi ilə bağlı respublikamızda həyata keçirilən islahatlar, demokratik hüquqi dövlət quruculuğu yolunda atılan addımlar haqqında da görüş iştirakçılarına geniş söhbət açdı.

Görüşdə çıxış edənlər xalqımızın böyük oğlu Prezident Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini bildirdilər və doğma Azərbaycanın yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına çıxacağına ürəkdən inandıqlarını söylədilər.

Azərbaycan Prezidenti Heydər Əliyev görüş iştirakçılarını maraqlandıran suallara cavab verdi.

AVROPA BİRLİYİ AZƏRBAYCANA YARDIMI ARTIRACAQDIR

Aprelin 18-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Brüsseldə Avropa Birliyi komissiyasının iqamətgahına gəldilər. Komissiyanın prezidenti Jak Santer müstəqil Azərbaycan dövlətinin başçısını əzəmətli binanın önündə mehribanlıqla qarşıladı. Xatirə üçün şəkil çəkildikdən sonra görüş başlandı.

Cənab Santer Azərbaycan Prezidentini hərarətlə salamladı, dünyanın bu görkəmli xadimi ilə bir daha görüşməkdən məmnun olduğunu bildirdi.

Səmimi görüş üçün minnətdarlığını bildirən Heydər Əliyev Avropa Birliyi komissiyasının ölkəmizə göstərdiyi yardıma görə cənab Santerə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Azərbaycandakı sosial-iqtisadi vəziyyətdən, Ermənistanın hərbi təcavüzünün ölkəmiz üçün ağır nəticələrindən bəhs etdi, respublikamızın bu müharibənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu vurğuladı. O dedi ki, biz on bir aydan çox davam edən atəşkəs dövrünün böyük sülh sazişi imzalanması ilə başa çatmasını, beynəlxalq təşkilatlar vasitəsilə bu müharibəyə son qoyulmasını arzulayırıq. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılsın, ölkəmizin ərazi bütövlüyü təmin edilsin, qaçqınlar öz yerlərinə qayıtsınlar.

Heydər Əliyev hazırda ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu sahəsində görülən işlərdən də danışdı və respublikada demokratik seçkilərin keçirilməsinə, yeni konstitusiyanın qəbul olunmasına hazırlıq görüldüyünü bildirdi. O, respublikada iqtisadi islahatların həyata keçirilməsi gedişindən də söhbət açdı və dedi ki, Azərbaycan dünyanın bütün ölkələri üçün açıqdır, ölkəmiz bazar iqtisadiyyatı yolundan heç vaxt dönməyəcəkdir.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərinə geniş yer verildi. Heydər Əliyev bu təşkilatla Azərbaycan arasında “Əməkdaşlıq barədə saziş” imzalanmasının əhəmiyyəti üzərində geniş dayandı.

Respublikamıza yardım göstərilməsi və kredit ayrılması məsələləri müzakirə olunarkən cənab Santer bu sahələrdə ölkəmizə əməli kömək göstəriləcəyinə söz verdi. O dedi ki, bu məqsədlə Avropa komissiyasının ekspert qrupu yaxın vaxtlarda Azərbaycana gələcək və ölkənizin ehtiyacları barədə geniş hesabat hazırlayacaqdır.

Cənab Santer 1995-ci ildə TACİS proqramı çərçivəsində Azərbaycana 26 milyon ekyü, respublikanın enerji sektorunun inkişafına və sənayenin ayrı-ayrı sahələri üçün mütəxəssislər hazırlanmasına 6 milyon ekyü vəsait ayrılacağını bildirdi və əlavə etdi ki, Avropa Birliyi komissiyası Azərbaycana yardımı bundan sonra da artıracaqdır.

Komissiyanın prezidenti dünyada baş verən hazırkı proseslər, Qafqazda cərəyan edən hadisələr, Azərbaycanın xarici ölkələrlə əlaqələri barədə görkəmli siyasi xadim Heydər Əliyevin fikirlərini öyrənməyə xüsusi maraq göstərdi.

Görüşün sonunda Azərbaycan Prezidenti Heydər Əliyev cənab Santeri ölkəmizə rəsmi səfərə dəvət etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev mətbuat nümayəndələri ilə söhbət etdi.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Belçika radio və televiziyasına müsahibə verdi.

BELÇİKANIN BAŞ NAZİRİ AZƏRBAYCANIN

MÖVQEYİNİ DƏSTƏKLƏYİR

Aprelin 18-də Azərbaycan Prezidenti Heydər Əliyev Brüsseldə Belçika Krallığının Baş naziri Jan-Lük Deanla görüşdü. Hökumət başçısı görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevi hərarətlə salamladı və Azərbaycan Prezidenti ilə görüşməsi üçün imkan yarandığından məmnunluqla söhbət açdı.

Jan-Lük Dean və Heydər Əliyev son illər bir neçə dəfə görüşmüşlər. Belçikanın Baş naziri ATƏT-in Budapeşt zirvə toplantısında ölkəmiz üçün mühüm olan qərara səs vermiş, bir sıra digər beynəlxalq məclislərdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etmişdir. Respublikamızın rəhbəri bütün bunlara görə ona xalqımız və dövlətimiz adından öz təşəkkürünü və minnətdarlığını bildirdi.

Prezident Heydər Əliyev qısamüddətli işgüzar səfərinin məqsədini açıqlayaraq dedi ki, biz Avropa Birliyi komissiya ilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Ölkəmiz bu komissiya ilə “Əməkdaşlıq barədə saziş” imzalamaq, ilkin mərhələdə bu komissiyanın cəlb olunmuş üzvü, gələcəkdə isə bərabər hüquqlu üzvü olmaq niyyətindədir.

Söhbət zamanı ölkəmizin hazırkı ağır iqtisadi vəziyyətindən, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsinin işağl olunmasından və həmin yerlərdən didərgin düşmüş azərbaycanlı qaçqınların çətin şəraitdə yaşamasından da bəhs edildi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparıldı.

Baş nazir Dean Azərbaycan Prezidentini Belçikaya rəsmi səfərə dəvət etdi. Azərbaycan rəhbəri bu dəvəti məmnuniyyətlə qəbul etdi və öz növbəsində Belçika hökumətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi.

X X X
Aprelin 18-də axşam Azərbaycan Prezidenti Heydər Əliyevin Belçikaya işgüzar səfəri başa çatdı. Respublika Prezidentini bu səfərdə Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev, dövlət müşaviri Vahid Axundov, Baş nazirin müavini İzzət Rüstəmov, xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər müşayiət edirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev Brüsseldən Vətənə qayıdarkən bu səfərin yekunları barədə təyyarədə jurnalistlərə müsahibə vermişdir.

X X X
Azərbaycan Prezidenti Heydər Əliyevin Belçikaya səfərinin nəticələri respublikamızın iqtisadi və sosial problemlərinin həllində, heç şübhəsiz, mühüm rol oynayacaqdır.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Brüssel-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib