AZƏRBAYCAN AVROPA İTTİFAQININ TƏSDİQLƏDİYİ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” TƏŞƏBBÜSÜNÜ MÜSBƏT QİYMƏTLƏNDİRİR
Azərbaycan Avropa İttifaqının təsdiqlədiyi “Şərq tərəfdaşlığı” təşəbbüsünü müsbət addım kimi qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 23-də keçirdiyi brifinqdə demişdir.
X.İbrahim bildirmişdir ki, Avropa İttifaqı digər Avropa ölkələri ilə, o cümlədən Azərbaycanla əməkdaşlığı daha da genişləndirməlidir. Bu, hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan da bu istiqamətdə addım atmağa hazırdır.
XİN-in sözçüsü xatırlatmışdır ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin strateji prioritetlərindən biridir.