Azərbaycan Banklar Assosiasiyası Sığortaçılar Assosiasiyası ilə maliyyə-bank sektorunda araşdırmalar aparacaq
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə maliyyə-bank sektorunda birgə araşdırmalar aparacaq.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli ilə görüşüb. Görüşdə assosiasiyalararası əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər, eyni zamanda, assosiasiyaların ekspert qrupları arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda maliyyə-bank sektorunda birgə araşdırmaların aparılması və ABA-nın "Hüquqi məsələlər üzrə" Ekspert Qrupu ilə ASA-nın Hüquq Komitəsinin birgə görüşünün təşkil edilməsi qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]