Azərbaycan boks millisinin baş məşqçisi: Avropa çempionatında tarixi qələbə əldə etdik
Bakı, 13 oktyabr, AZƏRTAC
Avropa çempionatında tarixi qələbə əldə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatının nəticələrini dəyərləndirərkən deyib.
Mütəxəssis milli komandanın yarışda inamlı çıxış etdiyini bildirib: “Çempionat yüksək səviyyədə təşkil olunmuşdu. 33 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırdılar. Komandamızın üzvləri yarışda çox yaxşı çıxış etdilər. Bilalhəbaşi Nəzərov (50 kiloqram) Azərbaycan boks tarixində ilkə imza atdı. O, yerli gənclər arasında 2-ci dəfə Avropa çempionu titulunu qazandı. Oğlanlarla yanaşı, qızlarımız da özlərini yaxşı tərəfdən göstərdilər. Gümüş və bürünc mükafata yiyələndilər. Növbəti yarışlarda da yaxşı çıxış etməyə və medalların sayını artırmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan boksçuları turniri 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medalla başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [16:28]
İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb
- 03.11.2026 [14:31]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 03.11.2026 [14:04]
Azərbaycan Kubokunda qayda pozuntularına görə cəzalar açıqlanıb
- 03.11.2026 [13:06]
İspaniyanın “Tenerife” klubunun futbolçusu vəfat edib
- 03.11.2026 [12:30]
İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib
- 03.11.2026 [12:19]
Basketbol tarixində bu gün: Kobi Brayant NBA-da debüt edib
- 03.11.2026 [11:23]