AZƏRBAYCAN BÜTÜN BEYNƏLXALQ QURUMLARLA ƏMƏKDAŞLIĞA MARAQLIDIR
Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan ABŞ-ın qeyri-hökumət strukturu olan NATO Komitəsinin həmsədri və keçid demokratiyaları üzrə layihənin prezidenti Brüs Cekson ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı nazir regiondakı vəziyyət, respublikamızda həyata keçirilən demokratik islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə ətraflı məlumat vermiş, ölkəmizin Avro-Atlantika strukturları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.
Təsisçisi olduğu və başçılıq etdiyi layihə barədə Vilayət Quliyevə məlumat verən Brüs Cekson bu layihənin keçid dövrünü yaşayan demokratik dövlətlərdə aparılan islahatların sürətlənməsi və onların Avro-Atlantika institutlarına inteqrasiyasına yardım göstərmək məqsədi daşıdığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]