“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər
Bakı, 17 iyun, AZƏRTAC
ABŞ administrasiyası neft tankerlərinin Hörmüz boğazından keçidini bərpa etmək üçün müxtəlif tədbirləri, o cümlədən ABŞ donanmasının mühafizəsi altında üzəcək gəmilər üçün rüsum tətbiqi imkanını müzakirə edir.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Ağ Ev İran və ABŞ arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığorta şirkətlərini Hörmüz boğazından aktiv istifadə etməyə inandıra biləcək variantları nəzərdən keçirir. Müzakirə olunan təkliflərdən biri də əlavə ödəniş müqabilində gəmilərə ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid imkanlarının verilməsidir. Nəşr qeyd edir ki, bu məsələ barədə yekun qərar qəbul olunmayıb.
“Kpler” analitik şirkətinin məlumatına görə, hazırda 220 neft tankeri də daxil olmaqla təxminən 500 gəmi Hörmüz boğazını keçmək üçün gözləyir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün yenidən açıldığını elan edib. Buna baxmayaraq, bir çox gəmi sahibi regionda vəziyyətin yenidən gərginləşməsindən ehtiyatlanaraq bir qədər gözləməyi üstün tutur. Böhrandan əvvəl qlobal neft tədarükünün təxminən 20 faizi bu boğazdan keçirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]