Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilinin qarşısında duran çağırış: köhnəlmiş sözlərin dildə yenidən işlənməsi

Azərbaycan dilinin qarşısında duran çağırış: köhnəlmiş sözlərin dildə yenidən işlənməsi

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan dili əsrlər boyu formalaşaraq bu günə gəlib çıxan zəngin, çoxqatlı bir mədəni sistemdir. Lakin bu sistem müasir dövrdə sürətli dəyişikliklərin təzyiqi altındadır. Qloballaşma, informasiya texnologiyalarının geniş yayılması, sosial şəbəkələrin gündəlik ünsiyyətə hakim kəsilməsi dilin təbii axarını sürətləndirir, eyni zamanda, onun daxili tarazlığını sarsıda bilən meyillər yaradır. Bu meyillərdən biri də köhnəlmiş sözlərin dildən tədricən sıxışdırılması, passivləşməsi və yerini çox vaxt zərurət olmadan əcnəbi sözlərin tutmasıdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamama Qabilqızı AZƏRTAC-a müsahibəsində bildirib ki, bu gün şəhər mühitində, xüsusilə gənclər arasında gündəlik danışıqda “start vermək”, “update etmək”, “planı cancel eləmək”, “trendləri izləmək” kimi qarışıq ifadələr adi hal alıb: “Dilin bu cür hibridləşməsi bir tərəfdən müasir dünyanın reallıqları ilə təmasın göstəricisidir, digər tərəfdən isə milli dilin öz ifadə imkanlarına qarşı laqeyd münasibətin əlamətidir. Halbuki Azərbaycan dilində bu anlayışların çoxu üçün qarşılıq var və həmin qarşılıqlar təkcə məna baxımından deyil, üslubi və emosional çalarları ilə də daha zəngindir. Dilin imkanları istifadəsiz qaldıqca sanki köhnəlir, köhnəldikcə də unudulur. Vaxtilə işlək olmuş sözlər yavaş-yavaş yalnız lüğətlərin səhifələrində və klassik ədəbiyyatın sətirlərində qalır”.

Onun fikrincə, köhnəlmiş sözlərin sıradan çıxması sadəcə leksik dəyişiklik deyil, həm də mədəni yaddaşın zəifləməsidir: “Çünki hər bir söz müəyyən dövrün həyat tərzini, mənəvi dəyərlərini, insan münasibətlərini əks etdirir. Məsələn, klassik mətnlərdə tez-tez rast gəlinən “xiffət”, “xəlvət”, “mütaliə”, “məhəbbət”, “kifayət”, “mərhəmət” kimi sözlər yalnız anlayış bildirmir, həm də müəyyən üslubi zəriflik, emosional dərinlik yaradır. Bu sözlərdən imtina etdikcə dil daha mexaniki, daha quru bir ifadə vasitəsinə çevrilir. Halbuki dil yalnız informasiya ötürən alət deyil, həm də duyğu yaradan, münasibət formalaşdıran, estetik zövq oyadan canlı orqanizmdir”.

Müsahibimiz müasir ədəbiyyat və publisistikanın bu baxımdan xüsusi məsuliyyət daşıdığını, media mühitinin də dilin taleyində həlledici rol oynadığını, habelə təhsil sisteminin bu prosesin daha dərin qatını təşkil etdiyini vurğulayıb.

“Ailə mühiti də unudulmamalıdır. Nəsillərarası ünsiyyətdə köhnəlmiş sözlərin təbii şəkildə qorunub saxlanması dilin canlı qalmasının ən sağlam yollarından biridir. Nənə-babaların danışığında eşidilən ifadələr, xalq arasında dolaşan deyimlər dilin köklərini gələcək nəsillərə ötürür. Şəhər həyatının sürəti və texnoloji ünsiyyət formaları bu təbii ötürülməni zəiflətdikcə dilin canlı damarları da nazilir. Bu baxımdan ailə daxilində ana dilində zəngin ünsiyyət qurmaq təkcə mədəni deyil, həm də milli məsuliyyət daşıyır”, - deyə o bildirib.

Ş.Qabilqızı əlavə edib ki, dil daim dəyişən bir sistemdir və bu dəyişmə labüddür: “Məsələ dəyişmənin istiqamətindədir. Köhnə ilə yeninin qarşıdurması, əslində, süni problemdir. Əsas məsələ onların uzlaşdırılmasıdır. Müasir dünyanın anlayışlarını ifadə edərkən milli dilin köklərindən gələn sözlərə yeni məna çalarları vermək, onları yeni kontekstlərdə işlətmək mümkündür. Bu zaman dil nə qapalı qalır, nə də öz simasını itirir. Əksinə, həm açıq, həm də özünə sadiq olur. Azərbaycan dilinin qarşısında duran çağırışlardan biri də məhz budur: dəyişən dünyaya uyğunlaşarkən öz daxili yaddaşını itirməmək, köhnə sözləri muzey eksponatı kimi qorumaq yox, onları canlı ünsiyyətin bir parçasına çevirmək. Dilə bu cür yanaşma milli kimliyin qorunmasının ən incə, amma ən təsirli yoludur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Humanoid robotların dünya üzrə tədarük bazarının 97 faizini Çin istehsalçıları tutublar

Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür – YENİLƏNİB 4

Böyük Britaniyada bəzi çayların və su anbarlarının səviyyəsi aşağı düşüb

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB 2

ABŞ-nin Nümayəndələr Palatasına Rusiyaya və İrana qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi təqdim olunub

Tətildən sonra işə qayıtmaq niyə çətin olur? – İsveçli psixoloqdan məsləhət

Sahib Məmmədov: Aleksandr Düma Xurşidbanu Natəvanın möhtəşəm analitik zəkasına heyran qalıb

Almaniyanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6301-ə çatıb

ABŞ Prezidenti: Hörmüz boğazını minalardan təmizlədik

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsi TBMM-də qəbul olunub

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır

Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb

Sabahdan Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib

Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Türk ekspert: Cənubi Qafqazda əməkdaşlıqyönümlü yeni nizama keçid ehtimalı güclənir

Rəcəb Tayyib Ərdoğan: Ankara və Vyananın strateji əməkdaşlığı Orta Dəhlizin inkişafına töhfə verə bilər

“Comic Con Astana 2026” festivalını rekord sayda insan ziyarət edib

Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub