Azərbaycan Diplomatik Akademiyası əfqanıstanlı mütəxəssislər üçün növbəti təlimlər keçirir
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan Diplomatik Akademiyası (ADA) Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzi ilə birgə əfqanıstanlı mütəxəssislər üçün növbəti təlimlər keçirir.
AZƏRTAC xəbər verir ki, iki həftə davam edəcək təlimlərdə “İkinci Bakı dövlət idarəçiliyi kursu: keçid dövrünün tənzimlənməsi” mövzusunda mühazirələr səslənəcəkdir.
ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirmişdir ki, mühazirələri Azərbaycan və Cenevrədən olan professor və müəllimlər, eləcə də ekspertlər oxuyacaqlar.
Mühazirələr Kabilin xarici siyasəti, siyasi birliyin əldə olunması, münaqişələrin təhlili, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin cəmiyyətdə yaratdığı problemlər və digər məsələləri əhatə edəcəkdir. Bundan əlavə, azad, müstəqil və siyasətdən kənar məhkəmə sisteminin və medianın qurulması, vətəndaş təhlükəsizliyinin təmin olunması, təhsilin inkişafı mövzuları araşdırılacaqdır.
Təlim iştirakçıları Qubaya və Qobustana da səfər edərək Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olacaqlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]

