AZƏRBAYCAN DÖVLƏT DƏMİR YOLUNUN İKİ STANSİYASININ ADI DƏYİŞDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) iki stansiyasının adı dəyişdirilmişdir.
Bu barədə məlumat verən qurumun mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirmişdir ki, ADDY-nin rəisi Arif Əsgərovun imzaladığı “Stansiyaların adlarının dəyişdirilməsi haqqında” əmrə əsasən, dəmir yolunun “Əli Bayramlı” və “Şirvan” stansiyalarının adları dəyişdirilmişdir.
N.Əzməmmədov qeyd etmişdir ki, Şirvan şəhərinin ərazisində fəaliyyət göstərən “Əli Bayramlı” stansiyasının adının yerləşdiyi coğrafi ərazinin adına uyğunlaşdırılması və bununla əlaqədar Sumqayıt şəhərinin ərazisində yerləşən “Şirvan” stansiyasının adının dəyişdirilməsi zərurəti yaranmışdı. Bu məqsədlə Prezidentin İcra Aparatına müraciət edilmiş və “Əli Bayramlı” və Sumqayıt şəhərində yerləşən “Şirvan” stansiyalarının müvafiq olaraq adları dəyişdirilərək “Şirvan” stansiyası və “Hacı Zeynalabdin Tağıyev” çeşidləmə stansiyası adlandırılmasına razılıq verilmişdir.
Bundan sonra ADDY-nin “Əli Bayramlı” stansiyası “Şirvan”, Sumqayıtdakı “Şirvan” stansiyası isə “Hacı Zeynalabdin Tağıyev” çeşidləmə stansiyası adlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
- 19.06.2026 [11:25]
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]