Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİ NATİQ ƏLİYEİN ÇIXIŞI

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün müstəqil Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edir və iqtisadiyyatının inkişafı üçün, Xəzərin zəngin karbohidogen ehtiyatlarının hasilatı və onların dünya bazarına çıxarılması sahəsində çox mühüm işlər görür.

Prezident Heydər Əliyevin neft strategiyası nəinki Azərbaycanın XXI əsrdəki inkişafının əsasını qoydu, həm də Xəzər regionundakı zəngin karbohidrogen potensialını hərəkətə gətirərək, yeni inkişaf mərhələsinə yol açdı və bütövlükdə regionun dünyanın ən böyük enerji mərkəzlərindən birinə çevrilməsində təşviqedici qüvvə rolunu oynadı.

Geofiziki-geoloji məlumatların və apardığımız kəşfiyyat işlərinin nəticələri göstərir ki, Xəzər dənizi öz karbohidrogen sərvətlərinin həcminə görə dünyanın ən zəngin bölgələri sırasındadır, Azərbaycan sektoru isə onun ən perspektivli və ümidverici sahələrindən biridir. Neft və qaz ehtiyatlarına görə Xəzər bölgəsi Şimal dənizi və Meksika körfəzi kimi zəngin ehtiyatları olan bölgələrlə bir sıraya aid edilə bilər.

Respublikamızda çıxarılan xam neftin həcmi ilbəil artmaqdadır. Əgər 1996-1998-ci illərdə neft hasilatı sabit səviyyədə qalaraq, 9,1 milyon ton olmuşdusa, 1999-cu ildən hasilat artmışdır. 2001-ci ildə respublikamızda 14,9 milyon ton, 2002-ci ildə isə 15,3 milyon ton neft çıxarılmışdır.

Növbəti 5 il ərzində Azərbaycan neft hasilatı sahəsində nəhəng inkişafın şahidi olacaqdır. Başlıca inkişaf, əsasən, zəngin “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) yataqlarının işlənilməsi nəticəsində baş verəcəkdir. Bu yataqlar Bakı şəhərindən təxminən 100 kilometr aralıda, açıq dənizdə yerləşir.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi nəticəsində hazırda “Çıraq-1” özülündən öncə nəzərdə tutduğumuzdan xeyli artıq, gündə orta hesabla 140 min barrel, yəni 19 min ton neft hasil olunur. Bu günədək oradan 25,4 milyon tondan artıq neft çıxarılmışdır. Bunun da 4 milyon tonu Bakı-Novorossiysk, 21,4 milyon tonu isə Bakı-Supsa boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırılıbdır.

Lakin neftin hasilatını və ixracını artırmaq üçün Azərbaycanın və xüsusi ilə AÇG-nin imkanları bugünkündən qat-qat çoxdur. Son zamanlarda aparılan kəşfiyyat işləri göstərmişdir ki, yalnız bu yataqlarda sübut olunmuş və çıxarıla bilən neft ehtiyatları 5,4 milyard barrelə, yaxud 511 milyon tondan 730 milyon tona çatmışdır. Bu imkanlardan səmərəli istifadə etmək məqsədi ilə yataqların tammiqyaslı işlənilməsi proqramı hazırlandı və 2001-ci il avqustun 30-da onun ilk mərhələsinin- “Faza-1” layihəsinin başlanmasına qərar verildi.

Bu layihə “Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsinə yönəldilmişdir. “Faza-1” layihəsinin həyata keçirilməsi nəticəsində ilk neftin hasil olunması 2005-ci ilin birinci rübündə gözlənilir və ümumilikdə, “Çıraq-1” və Mərkəzi Azəri platformasından hasilat gündə 250 min barrelə, 2008-ci ildə isə yalnız bu iki platformadan 500 min barrel (ildə 25 milyon tona) çatacaqdır.

“Faza-2” layihəsi “Azəri” yatağının Şərq və Qərb hissələrinin işlənməsinə yönəldilmişdir və bu, “Faza-1” ilə birlikdə yatağın tam işlənilməsini başa çatdıracaqdır. Bu isə “Azəri” yatağında hasilatı artıracaq və ən azı gündə 800 min barrel, yəni ildə 40 milyon ton neft çıxarılacaqdır.

Üçüncü mərhələ- “Faza-3” çərçivəsində neft hasilatı 2008-ci ildə başlayacaq və ümumilikdə, ildə ən azı 50 milyon ton səviyyəsinədək artırmağa imkan verəcəkdir. Belə güman etməyə əsas vardır ki, 2010-2020-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı gündə 1,5-2 milyon barrelə, yəni ildə 75-100 milyon tona çatacaqdır. Hasilatın bu həcmi növbəti onillikdə dünyanın artan neft təlabatının 10 faizdən çoxunu ödəyə bilər.

Bu baxımdan 2002-ci il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin təməlinin qoyulması və bu təntənəli mərasimdə üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak etməsi mühüm hadisəyə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzərlə Aralıq dənizi arasında Türkiyə boğazlarından yan keçən ilk birbaşa xətt olduğundan, regional əhəmiyyət kəsb edir. Kəmər Bakı şəhərindən başlamaqla, Gürcüstan ərazisindən keçərək, Türkiyənin cənub-şərqindəki Ceyhan limanına qədər 1760 kilometr olacaqdır.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 11 sahibkar arasında son pay bölgüsü belədir: “bp” 30,1 faiz, ARDNŞ 25 faiz, “Yunokal” 8,9 faiz, “Statoyl” 8,71 faiz, TPAO 6,53 faiz, TotalFinaElf 5 faiz, “Eni” 5 faiz, “İtoçu” 3,4 faiz, “Delta Hess” 2,36 faiz, “İnpeks” 2,5 faiz və “Konoko-Filips” 2,5 faiz.

Bakı-Tbilisi-Ceyhan kəmərinin sahibkarlarına İtaliyanın “Eni”, Fransanın TotalFinaElf, Yaponiyanın “İnpeks”, ABŞ-ın “Konoko-Filips” şirkətlərinin qoşulmağı nəticəsində Qazaxıstanın məşhur “Kaçaqan” yatağından gələcəkdə hasil olunacaq və bu şirkətlərə məxsus neftin də Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli real fakta çevrilir.

Qazaxıstan hökuməti Bakı-Tbilisi-Ceyhan layihəsinə böyük dəstək göstərməklə yanaşı, bu layihəyə qoşulması üçün Azərbaycana müraciət etmişdir və bu məqsədlə danışıqların aparılması üçün tədbirlər həyata keçirilmişdir. 2002-ci ilin dekabr ayında Amerika Birləşmiş Ştatları hökumətinin təşəbbüsü və səfir cənab Stiven Mənin sədrliyi ilə Londonda aparılan görüşlərdə bu məsələ müzakirə olunmuş və tərəflər aşağıdakı nəticəyə gəlmişlər:

 

-Azərbaycan və Qazaxıstan arasında müvafiq hökumətlərarası sazişlər hazırlansın. Əsas prinsiplər isə razılaşdırılmışdır və bunlardan ibarətdir ki, Aktau-Bakı-Tbilisi-Ceyhan boru kəməri iki sistemdən ibarət olacaqdır. Yalnız bir Şərq-Qərb enerji dəhlizi olacaqdır;

-Qazaxıstanda neft hasil edən şirkətlərin dəstəklənməsi və onların neftini Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etməsinə şərait yaradılması lazım olacaqdır;

-Azərbaycanda və Qazaxıstanda neft sənayesində işləyən sərmayəçilərin və investisiyaların dəstəklənməsi məsələləri həll ediləcəkdir;

-mövcud sazişlərin və hüquqların dəyişməzliyi və hər iki tərəfdən tanınması və sair;

-Qazaxıstan və Azərbaycan hökuməti tərəfindən rəsmi işçi qrupları yaratmaq və növbəti danışıqları bu il martın 10-da Almatı şəhərində keçirmək.

Neft yataqlarının işlənilməsini həyata keçirən Azərbaycan tezliklə təbii qaz ixrac edən ölkəyə çevriləcəkdir. Bu təbii qaz Bakı şəhərinin cənub-şərqində sahildən 80 kilometr aralıda yerləşən və 1 trilyon kub metrdən çox ehtiyata malik nəhəng, dünya miqyaslı “Şahdəniz” qaz-kondensat yatağından alınacaqdır. Əsas qaz həcmlərinin Cənubi Qafqaz boru kəməri ilə Türkiyəyə nəql olunması nəzərdə tutulduğu üçün Azərbaycan və Gürcüstan da bu sistemdən qazla təchiz olunacaqlar. “Şahdəniz” yatağının tammiqyaslı işlənilməsi qaz hasilatının illik həcminin artırılmasını təmin edəcək və bu, Azərbaycan qazının gələcəkdə Avropaya - Yunanıstana, İtaliyaya və Balkan ölkələrinə ixracına imkan yaradacaqdır.

Bunu da demək istərdim ki, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunmuş, orada üç kəşfiyyat quyusu qazılmışdır. Bu quyuların sınağı nəticəsində məlum oldu ki, son 20 ildə dünyada belə qaz yatağı açılmamışdır. Bu, bizə çox böyük imkanlar yaratdı və indi yatağın işlənilməsi üçün çoxlu tədbirlər görürük. İndi biz sizinlə konfransdayıq. Ancaq bu gün Bakıda “Şahdəniz” yatağına aid olan bütün sənədlər Azərbaycan dövləti və “Şahdəniz”in işlənilməsində iştirak edən şirkətlər arasında imzalanır. Bu bizə imkan verəcək ki, fevralın sonunda rəhbər komitə tərəfindən qərar qəbul edək və bununla da yatağın işlənilməsinə başlayaq.

Birinci mərhələdə böyük platforma tikilməsi nəzərdə tutulubdur. Bu platformada 10 quyu qazılacaq və bunlardan ildə 8,1 milyard kubmetr qaz hasil ediləcəkdir. Dediyim kimi, Azərbaycan və Türkiyə arasında imzalanan sazişə uyğun olaraq, onun ildə 6,6 milyard kubmetri Türkiyəyə satılacaqdır. Bu, bizim üçün çox məsuliyyətlidir. Bunların hamısını gercəkləşdirmək üçün tələb olunan ümumi sərmayənin məbləği, indiyədək qoyulmuş sərmayələr də daxil olmaqla, təxminən 20 milyard ABŞ dollarına bərabərdir.

 

Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin tikilməsi məsələsində böyük irəliləyiş əldə edilmişdir. BTC-nin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi sənədləri hər üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin hökumətləri tərəfindən qəbul olunub təsdiq edilmişdir.

Azərbaycanda, Gürcüstanda və Türkiyədə tikinti işlərini aparmaq üçün hazırlıq tədbirləri görülür. Bakı-Tbilisi-Ceyhan dəhlizinin torpaq sahibləri müəyyənləşdirilib, lazımi sənədlər təsdiq olunub, müvafiq icazələr və lisenziyalar alınıbdır. Azərbaycana, Gürcüstana və Türkiyəyə borular gətirilir, tikinti üçün lazımi tədbirlər görülür.

Kəmərin Azərbaycan hissəsinin tikintisi üçün 42 düyməlik borular Yaponiyada istehsal olunmuşdur. Bunlar Gürcüstanın Qara dəniz sahilindəki Poti limanına gətirilərək, bu il yanvarın 22-də Bakıya çatdırılmışdır. Bakı-Tbilisi-Ceyhanın Azərbaycan hissəsi üçün təxminən 39 min boru lazım olacaq ki, bunun da ümumi uzunluğu 460 kilometr edir. Hər gəmi ilə 25-30 kilometr uzunluğunda boru gətiriləcək və bunların daşınması təxminən 7 ay çəkəcəkdir.

Hazırda boru kəməri sisteminin tikinti və istismarını təmin etmək üçün layihənin maliyyələşdirilməsindən ötrü Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, ixrac kredit agentlikləri, sığorta və kommersiya bankları daxil olmaqla, geniş beynəlxalq kreditorlar qrupundan vəsait almaq üçün danışıqlar aparılır. Onu da demək istəyirəm ki, hörmətli Prezidentimizin Amerika Birləşmiş Ştatlarına bu səfərindən istifadə edərək, biz -nümayəndə heyətinin üzvləri dünən dörd maliyyə qurumu - OPEK-in, Dünya Bankının, ABŞ-ın ixrac-idxal bankının və Beynəlxalq Maliyyə Korparasiyasının rəhbərləri ilə görüşmüşük. Bu görüşlər çox faydalı, konstruktiv keçdi. Bizi maraqlandıran bütün məsələlərə toxunduq. Bütün bu qurumlarda böyük nikbinlik, onlar layihəyə inanırlar, bunu dəstəkləyirlər və kredit ayırmağa hazırdırlar. Hesab edirəm, bu, böyük nailiyyətdir. Ona görə ki, burada hörmətli Prezidentimiz dedi, bu layihənin həyata keçirilməsində çətinliklər çox olubdur. Biz bu çətinlikləri ardıcıllıqla aradan qaldırırıq.

Bu danışıqların həm gedişini, həm də əldə edilən razılaşmaları müsbət qidmətləndirmək olar və biz inanırıq ki, ilin sonuna kimi iş proqramlarına və vaxt cədvəllərinə uyğun olaraq, bütün məsələlər uğurla həllini tapacaqdır.

Xəzər bölgəsi və Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən bu nəhəng layihələr bütün dünyada, xüsusilə tranzit və qonşu ölkələrdə, sərmayəçilər arasında, beynəlxalq maliyyə qurumlarında, yerli və xaricdə olan qeyri-hökumət təşkilatlarında çox böyük maraq və əks-səda doğurmuşdur.

Bakı-Tbilisi Ceyhan kəmərinin investorları və sahibkarları bu layihəni ən yüksək beynəlxalq standartlarla həyata keçirmək, bütün inşaat işlərində tranzit ölkələrin hökumətləri ilə açıq və şəffaf şəkildə əməkdaşlıq etmək niyyətindədirlər. Hər bir ölkədə, beynəlxalq qurum və təşkilatlarda bu layihələrə böyük inam yaratmaq üçün biz açıq müzakirələrə hazırıq və bütün maraqlı tərəfləri bu müzakirələrə dəvət edirik.

Şərq-Qərb enerji dəhlizi zamanın tələbidir, dünya iqtisadiyyatının vacib bir hissəsidir, region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasının ayrılmaz amilidir. Nəhayət, tranzit ölkələrin iqtisadi inkişafının və bu regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün ən vacib elementlərdən biridir. Bakı-Tbilisi-Ceyhan kəməri artıq reallıqdır.

Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib