Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətçiliyinin xilaskarı

Azərbaycan dövlətçiliyinin xilaskarı

Bakı, 8 may, AZƏRTAC

Mən bu sərlövhəni təsadüfən seçməmişəm. 1988- ci ildən sonra respublikamızda baş verənləri gözləriniz önünə gətirin. Bir tərəfdən silkələnməkdə olan SSRİ-nin özünü qoruyub saxlamaq üçün quduzlaşması və tabeliyində olan respublikaları silah gücü, hədə-qorxu, bəzən isə qan tökməklə özündən asılı vəziyyətə salması, Azərbaycana Əbdürrəhman Vəzirov kimi azərbaycançılıqdan çox uzaq, milli-mənəvi dəyərləri tamamilə unudan birisinin rəhbərliyi, vəziyyəti getdikcə çətinləşdirirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, nankor qonşumuzun “böyük Ermənistan” yaratmaq xülyası, keçmiş SSRİ-nin rəhbəri, daim millətlər arasında ayrı-seçkilik toxumu səpməklə milli ədavəti qızışdıran Mixail Qorbaçovun müxtəlif respublikaların, o cümlədən Azərbaycanın ərazisini öz atasının malı kimi başqalarına bağışlaması təkcə Azərbaycanda deyil, bütövlükdə SSRİ- də ciddi təşviş, oyanış yaratmışdı. Xalq artıq heç nədən çəkinmədən, heç kimdən qorxmadan öz etiraz səsini qaldırır, küçə və meydanlara çıxırdı. Həmin dövrdə respublikamıza rəhbərlik edənlərin maymaqlığından və qorxaqlığından Azərbaycanın da başı üzərini qara buludlar alırdı. Mixail Qorbaçov xalqımızla razılaşmadan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə ölkə başçısına xas olmayan düşüncəsiz, səviyyəsiz qərar qəbul etmişdi.

Tarixdə öz mərdliyi, qəhrəmanlığı ilə iz buraxmış Vətənin bir qarışından ötrü canını qurban verməyə hazır olan mərd oğul və qızlarımız, ictimai-siyasi xadimlərimiz, ziyalılarımız bu haqsızlığa, ədalətsizliyə dözə bilməzdi. Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Doğrudur, hamımız Ana torpağın üzərində yaşayır və son mənzilimizə kimi ona da tapşırılırıq. Bu da təbiidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. Torpağı qoruyarsan, Vətən olar, qorumazsan kəfən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət Vətəndə, ayaqlarının altında, toqquşan qılıncların kölgəsindədir. Biz xalqımızın qəhrəmanlıq simasında da bunu gördük.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vətənpərvər olmaq üçün müdrikcəsinə müəyyənləşdirdiyi üç şərt hər birimiz üçün örnəkdir; “Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs, gərək, öz Vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşıca bilsin. İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə Vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, gərək, Vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü Vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz”.

Həmin illərdə xalq Mixail Qorbaçovun Azərbaycan ərazilərini mənfur qonşularımıza peşkəş etməsinə dözə bilməzdi. Odur ki, “Torpaqdan pay olmaz” - deyib etiraz səsini qaldırdı və qısa müddətdə Kreml bu etirazın dalğasından silkələndi. Azərbaycanlıların qarşısında tab gətirməyəcəyini bilən Mixail Qorbaçov 1990- cı ilin 20 yanvarında respublikamıza təpədən-dırnağa qədər silahlanmış qoşun göndərdi… Sonrakı qanlı faciələr tarixin yaddaşına əbədi həkk olunduğundan bu barədə ətraflı söhbət açmaq istəmirəm. Bircə onu xatırlatmaq istərdim ki, bu qanlı faciədən sonra ölkəyə rəhbərlik edən, o vaxt özlərini xalqın cəfakeşi kimi göstərib müxtəlif kəşfiyyat orqanlarına işləyənlər gecə ikən qaçıb aradan çıxdılar. Həmin çətin, təhlükəli və hər an sui-qəsdlə qarşılaşmaq məqamında olan, Moskvada xüsusi nəzarət altında yaşayan ulu öndər Heydər Əliyev həyatını və ailə üzvlərini təhlükədə qoyaraq, faciənin baş verməsindən bir gün sonra- yanvarın 21- də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və Azərbaycanda törədilmiş qanlı 20 yanvar faciəsi barədə bütün dünyaya məlumat verdi. Həmin gün ulu öndərin verdiyi bəyanatdan bəzi məqamları diqqətə çatdırmaq istərdim: “… Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm.

Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.

Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür…”.

Ulu öndər heç kimdən qorxub çəkinmədən faciəni törədənləri kəskin tənqid etdi. Bununla da müstəqil Azərbaycanın xilasının əsasını qoydu və yaddaşlarda əbədi XİLASKAR kimi qaldı.

Müstəqil Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə əbədi abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranıb. Müdrik şəxsiyyət dövlət idarəçiliyinin hər bir mərhələsində Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb.

Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən başlıca amillər onun çətin və mürəkkəb siyasi şəraitdə xalqının, dövlətinin problemlərinə biganə qalmaması olub. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin ilk günlərindən Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi.

Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada amansız müharibə də arxa plana keçmişdi. Bu çətin dönəmdə vətəndaşlarımız müdrik qərar qəbul edərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas faktoru oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.

Sevinirik, qürur duyuruq ki, ulu öndərin yarımçıq qalmış ideyalarını onun ən layiqli siyasi varisi olan Prezident İlham Əliyev həyata keçirir, Azərbaycanın dünya birliyində layiqli dövlət olacağına hesablanmış bu strategiyanı uğurla davam etdirir. Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Prezident İlham Əliyevin siyasi uzaqgörənliklə reallaşdırdığı siyasi kurs ölkəmizi inkişaf etmiş dövlətlər sırasına qoşub. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının həyatda vəsiqə qazanmasında müstəsna rol oynayıb.

Bəli, bu gün Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi, reytinqinin getdikcə yüksəlməsi məhz ulu öndər Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin səbəbkarı müstəqil Azərbaycanın yaradıcısı və memarı, xalqımızın XİLASKARI ulu öndər Heydər Əliyevdir. O, bu gün də hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “hoteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb