Azərbaycan Gənclər Fondunun təqdimatlarını tələbələr maraqla qarşılayırlar
Bakı, 30 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlarını davam etdirir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti təqdimatlar Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Qərb Universiteti və Azərbaycan Müəllimlər İnstitutunda keçirilmişdir.
Görüşlərdə tələbələrə Azərbaycan Gənclər Fonduna müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdimetmə ilə bağlı zəruri məlumatlar verilmiş və onların sualları cavablandırılmışdır. Fondun əməkdaşları tərəfindən keçirilən təqdimatlar tələbələrin böyük marağına səbəb olmuşdur.
Təqdimatlar Gənclər Fondunun elan etdiyi 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. Müsabiqə haqqında http://youthfoundation.az/4cuqrantelani/ linkindən ətraflı məlumat almaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]