Azərbaycan idmançıları şinkyokuşin karate üzrə Avropa çempionatında uğurla çıxış etmişlər
Bakı, 7 dekabr (AZƏRTAC). Polşanın Vratislav şəhərində şinkyokuşin karate üzrə 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda milli komandamız Azərbaycan Kyokuşin Karate Federasiyasının (AKKF) vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında mübarizə aparmışdır.
24 ölkədən 500 karateçinin iştirak etdiyi çempionatda idmançımız Valeh Cəfərov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Digər karateçimiz Etibar Məmmədov (70 kq) isə gümüş medal qazanmışdır.
Beynəlxalq dərəcəli hakim Mübariz Məlikov yarışların idarə edilməsində Azərbaycanı təmsil etmişdir.
Xatırladaq ki, bu ilin oktyabrında Yaponiyada AKKF-nin vitse-prezidenti şıxan (5-ci dan qara kəmər ustası) Allahverdi Rüstəmov, senseylər - Mübariz Məlikov və Qabil Sayadov Beynəlxalq Şinkyokuşin Təşkilatının (İKO) keçirdiyi seminarda iştirak etmişlər. Azərbaycan nümayəndə heyətinə seminarda yüksək səviyyədə iştirak etdiyi üçün İKO-nun prezidenti Kencu Midori tərəfindən seritifikat təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]