İQTİSADİYYAT
Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər səsləndirilmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri Miroslav Naydyonov ilə görüşmüşdür. Görüşdə aqrar sahədə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektiv imkanları müzakirə olunmuşdur.
Nazir İ.Abasov Azərbaycanda aqrar sahədə əldə olunmuş nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat vermişdir. İkitərəfli əməkdaşlıq əlaqələrindən danışan nazir qeyd etmişdir ki, hər iki ölkənin milli iqtisadiyyatında aqrar sahənin ənənəvi və vacib yer tutmasına baxmayaraq, bu sahədə ticarət dövriyyəsinin səviyyəsi mövcud potensialdan aşağıdır.
Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri aqrar sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə potensialın yüksəldilməsi üçün konkret təkliflər səsləndirilmişdir.