Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin perspektivləri müzakirə olunmuşdur
Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
Söhbət zamanı siyasi, iqtisadi, ticarət və sərmayə qoyuluşu sahələrində ikitərəfli əlaqələrin inkişafı etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]