Azərbaycan ilə Moldova arasında iqtisadi əlaqələr dərinləşib
Bakı, 6 mart, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a Tərəflər iqtisadi-ticarət, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyini vurğulayıblar. Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Kənd təsərrüfatı, enerji, İKT və s. sahələrə investisiya perspektivlərinin olduğu qeyd edilib, sərmayə mühiti və biznes imkanları, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib.
Görüşdə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]