AZƏRBAYCAN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ QALAN DAŞINMAZ ƏMLAKIN DƏYƏRİNİ QİYMƏTLƏNDİRİR
Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə qalmış daşınmaz əmlakın sayını və dəyərini qiymətləndirir.
Bu barədə AZƏRTAC-a məlumat verən xidmətin rəisi Arif Qaraşov bildirmişdir ki, ərazilər işğal olunan zaman arxiv sənədlərinin böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən məhv edilmişdir. İşğal olunmuş ərazilərdəki daşınmaz dövlət əmlakının rəsmiləşdirilməsi üçün kadastr məlumatları olmalıdır. Bu gün həmin məlumatların toplanmasında çətinliklər var.
Hazırda DƏDRX-in işğal olunmuş rayonları əhatə edən 4 ərazi idarəsinin yaradıldığını bildirən A.Qaraşov, müxtəlif statistik mənbələrdən, o cümlədən əhalidən həmin rayonlarda qalan əmlak barədə məlumatların toplandığını qeyd etmişdir.
Azərbaycan hökumətinin apardığı ilkin hesablamalara görə, işğal edilmiş rayonlara ümumilikdə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]