AZƏRBAYCAN İSTİLİK ELEKTRİK STANSİYASINDA YENİ MAZUT ÇƏNLƏRİ TİKİLİR
“Azərenerjı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublikada istehsal edilən bütün elektrik enerjisinin 50 faizindən çoxunu hasil edən Azərbaycan İstilik Elektrik stansiyasında yeni mazut çənləri tikilir. Yeni çənlər buxar generatorları təbii qazla, mazutla və ya onların qatışığı ilə işləyən stansiyanı yanacaqla təmin edəcəkdir.
Tikinti işlərinin nəzərdə tutulduğu ərazidə geodeziya və topoqrafiya tədqiqatları həyata keçirilmiş, zəruri analizlər aparılmış və onların əsasında təməlqoymanın dəqiq koordinatları müəyyən edilmişdir.
Bundan başqa, metal konstruksiyalar yardımçı meydançaya gətirilmişdir və onların quraşdırılması üçün hazırlıq işləri görülür.
Hər birinin tutumu 20 min ton olan altı yerüstü metal çən stansiyada mazut ehtiyatını 400 min tona çatdıracaq, bunun nəticəsində istilik elektrik stansiyasının işinin dayanıqlığı və təhlükəsizliyi artacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]