Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan kitabxana-informasiya sistemi zamanın fövqündə

Azərbaycan kitabxana-informasiya sistemi zamanın fövqündə

Prezident İlham Əliyevin son 20 ildə kitabxana sahəsinə göstərdiyi diqqət və qayğı xalqın elmi, mədəni və intellektual səviyyəsinin daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir

Bakı, 13 oktyabr, AZƏRTAC

Ölkəmizin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolu vardır. Kitabxanalar xalqın bilik və zəka mənbəyi kimi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Xalqın milli ruhda inkişaf etməsi, soy-kökə bağlılıq, adət-ənənələrə sahiblik məsələlərinin ön planda çəkildiyi bir vaxtda kitabxana sahəsinin əhəmiyyəti xüsusi hiss olunmaqdadır.

Xüsusilə qeyd etmək lazımdır ki, hələ müstəqilliyimizin ilk illərində çətin ictimai-siyasi bir durumda məhz Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, kitabxana sahəsinə də böyük qayğı və diqqət göstərmişdir.

Müasir dünya qloballaşan tendensiyalar fonunda yeni çağırışlarla çıxış etməyə başlamışdır. Bu yeni çağırış və tələblər, sözsüz ki, kitab və kitabxana sahəsində də özünü göstərməkdədir. Ona görə də kitabxana işinin təşkilində innovativ və struktur elementlərinə görə fərqlənən daha operativ və punktual amillərə diqqət yetirmək vacibdir. Bu, həm də böyük oxucu kütləsinin maraqlarına uyğun şəkildə işləmək və kitabxana işini daha səmərəli və faydalı şəkildə qurmaq deməkdir. Bu mənada çağdaş kitabxana sistemi səmərəli fəaliyyəti və faydalı iş əmsalına görə seçilir.

Bu fikirlər Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan kitabxana-informasiya sistemi zamanın fövqündə” sərlövhəli yazıda yer alıb. Yazını təqdim edirik.

Azərbaycan öz kitabxana ənənəsini uzun illərdir böyük fədakarlıq və əzmlə davam etdirməkdədir. Burada əsas amillərdən biri və bəlkə də birincisi elə məhz bu sahəyə olan dövlət qayğısıdır. Bu gün kitabxana sahəsinə olan dövlət qayğısı özünü bir neçə sferada göstərir. Bu sferalardan başlıcası yeni kitabxanaların açılması, kitab işinə dövlət dəstəyi, kitabxana işçilərinin sosial-rifah halının yaxşılaşdırılmasıdır.

Prezident İlham Əliyevin son 20 ildə kitabxana sahəsinə göstərdiyi diqqət və qayğı xalqın elmi, mədəni və intellektual səviyyəsinin daha da yüksəldilməsi, müasir dünya kitabxanası modelinə uyğunlaşdırlması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı hələ 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası, 2006-cı ilin iyununda isə Prezident Kitabxanası ilə ətraflı tanış olmuş, kitabxanaların fəaliyyətinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə dair tövsiyə və tapşırıqlarını vermişdir. Elə həmin ilin oktyabr ayında Prezident İlham Əliyev Minskdə səfərdə olarkən Belarus Milli Kitabxanasının işi ilə yaxından tanış olmuşdur. Bütün bunlar dövlət başçısının kitabxana sahəsinə olan diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 oktyabr 2008-ci il tarixində “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalamışdır. Azərbaycanda kitabxana işinin inkişafında yeni bir dönəmin başlanğıcı hesab olunan bu sənəd öz əhəmiyyətini bir neçə istiqamətdə göstərir. İlk olaraq bu mühüm sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə, kitab və kitabxana işinə diqqət və qayğısının təcəssümüdür. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin xalqın intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi və mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.

Kitabxana-informasiya xidməti sahəsi güclü maddi yatırım tələb edən sahədir. Bu sahənin inkişaf səviyyəsi hər bir ölkənin iqtisadi durumuna uyğunlaşdırılır. Bu gün böyük iqtisadi yüksəlişə çatmış ölkəmizdə kitabxana sahəsinin sürətli inkişafı üçün hər cür şərait vardır.

Kitabxana sahəsinə diqqət və qayğı hər il özünü yeni müstəvidə və miqyasda göstərməyə davam edir. Belə tədbirlərdən biri kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasının açılış mərasimini qeyd etmək olar. Mərkəzi Elmi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilmişdir.

Azərbaycan Milli Kitabxanasının yaradılmasının 90 və 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar son dərəcə vacib tarixi əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir.

Kitabxana fəaliyyəti sahəsində həyata keçirilən bütün bu kompleks tədbirlər spektrində kitabxana fondlarının komplektləşdirilməsi və mühafizəsi, kitabxanaların müasir tipli kompüter avadanlıqları və informasiya texnologiyaları ilə təmin edilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni kitabxana binalarının inşası və onların maddi-texniki bazasının möhkəmləndirilməsi öz əksini tapmışdır.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və aparıcı respublika kitabxanalarının - C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, Respublika Gözdən Əlillər Kitabxanasının, habelə şəhər və rayon mərkəzi kitabxanalarının modernləşdirilməsi və müasir tipli kompüter texnologiyaları ilə təchizatı məsələlərinə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”ında xüsusi diqqət verilmişdir.

Qloballaşma dövründə kitab və kitabxana işinə bu cür diqqət və qayğı xalqın mənəvi inkişafına, onun dünyagörüşünə, əxlaq və tərbiyəsinə, gənc nəslin milli ruhda böyüməsinə, vətənpərvər və savadlı kadrlar kimi yetişməsinə böyük təkan verir.

Azərbaycan həqiqətləri ilə bağlı təbliğati işlərin aparılması, informasiya müharibəsində Azərbaycanın haqq işinin dünyaya yayılması istiqamətində kitabxanalar da mühüm işlər görüb. Belə ki, Azərbaycan və ingilis dillərində Xocalı faciəsinə dair silsilə materiallar - “Xocalı soyqırımı” adlı elektron məlumat bazası, videomaterial, metodiki vəsait, məlumat bülleteni, biblioqrafik yaddaş, icmal, ənənəvi və virtual kitab sərgiləri bu istiqamətdə aparılan işlərin əsas tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyi işğal altında olan şəhər və rayon mədəniyyət şöbələri və kitabxanaları ilə birlikdə apardığı tədqiqat işlərinin nəticəsi olaraq Azərbaycanın işğal altında olan torpaqlarında dağıdılmış kitabxanalar və onların sərvətləri haqqında “Məhv edilmiş sərvətlər, dağıdılmış kitabxanalar” adlı kitabça nəşr edib.

Kitabxana sahəsinin inkişafı bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Müxtəlif kitab satışı sərgiləri keçirilir, yeni kitabxana mərkəzləri yaradılır. Bu gün kitab sərgiləri bir bayram əhval-ruhiyyəsində, bir şadlıq, sevinc tədbiri kimi keçirilir. Bütün bunlar gələcəyə daha inamla, daha ümidlə baxmağa sövq edir.

Mübaliğəsiz qeyd edə bilərik ki, bu gün Azərbaycan kitabxana-informasiya sistemi Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində özünün çiçəklənmə dövrünü yaşayır. İstər maddi-texniki bazası, istərsə də peşəkar kadr potensialı ilə Azərbaycan kitabxana sistemi dünya kitabxana sistemi ilə ayaqlaşa bilir. Bu da ölkə başçısının məhz bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu çiçəklənmə dövründə minlərlə oxucu nəsli yetişir, gələcək Azərbaycanın daha parlaq inkişafı üçün zəmin yaranır. Azərbaycan kitabxana-informasiya sistemi zamanın fövqündə bütün vacib elementləri ilə dünəni, bu günü və sabahı təmsil edir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur