Azərbaycan komandaları futvolley üzrə beynəlxalq turnirin dörddəbir finalına yüksəliblər
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin dörddəbir finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın üç komandası turnirin dörddəbir finalına yüksəlib. Bu mərhələdə Braziliya komandası İtaliya, İran-1 kollektivi Azərbaycan-3, Avstriya futvolleyçiləri Azərbaycan, Moldova-2 isə Azərbaycan-4 ilə qarşılaşacaq.
Avqustun 4-də yekun vurulacaq beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparır.