AZƏRBAYCAN KULİNARLARI ABŞ-DA KEÇİRİLƏN YARADICI GƏNCLƏRİN I DÜNYA KONQRESİNDƏ İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti avqustun 5-dən 10-dək ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində Yaradıcı gənclərin I dünya konqresində iştirak etmişdir. Bu barədə avqustun 15-də Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) nümayəndələrinin jurnalistlərlə görüşündə məlumat verilmişdir.
AMKM-in direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bildirmişdir ki, YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının (DXYT) keçirdiyi konqres çərçivəsində təşkil olunmuş “Azərbaycan günü”ndə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış kitablar, açıqcalar, milli geyimlərimiz, bəzək əşyaları, xalçalar nümayiş etdirilmiş, milli rəqslərimiz ifa olunmuşdur. “İncilər” rəqs qrupunun təqdim etdiyi “Mətbəx rəqsi”, Dövlət Rəssamlıq Akademiyası tələbələrinin əl işləri, Azərbaycan mətbəxinin ləziz yeməkləri maraqla qarşılanmışdır.
Nümayəndə heyətimizə sertifikatlar təqdim olunmuşdur. DYXT-nin prezidenti tərəfindən ABŞ-da Azərbaycan mətbəxinə aid kitabın nəşri və milli mətbəximiz haqqında beynəlxalq festival keçirilməsi üçün layihənin hazırlanması nəzərdə tutulmuşdur.
Azərbaycan nümayəndələri DXYT-nin təşkil etdiyi folklor rəqs festivalında da iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]