Azərbaycan MDB-nin dəmir yolu daşımaları üzrə Tarif Konfransında iştirak edir
Astana, 30 oktyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin tarif Sazişi iştirakçıları olan dəmir yolu administrasiyalarının XXXIII Tarif Konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan dəmir yolu administrasiyalarının, eləcə də Birliyə üzv dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının nümayəndələri tarif siyasətini müzakirə edirlər.
İclasın yekunu olaraq, iştirakçılar Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dəmir yollarının 2025-ci il üçün beynəlxalq daşımalarda yüklərin tranziti üzrə tarif siyasətinə aid sənəd qəbul edəcəklər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]