Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin növbəti plenumunda Bakının şəhərsalma inkişafı müzakirə edilib YENİLƏNİB

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Bakıda Azərbaycan Memarlar İttifaqı idarə heyətinin Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə “Bakının şəhərsalma inkişafı mövzusunda” plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Memarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Azərbaycan Memarlar İttifaqının üzvləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Tədbir Bakı Şəhər İcra Hakimiyyətində davam edib. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın da iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə plenumun ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə təsadüf etdiyini deyib, müzakirəyə çıxarılan mövzunun aktuallığından söhbət açıb. Plenumun Bakının şəhərsalma inkişafının gələcəyinə həsr edildiyini deyən E.Qasımzadə şəhərsalma problemlərinin dövlətimizin həmişə diqqət mərkəzində olduğunu, onun siyasi, iqtisadi və sosial siyasətinin tərkib hissəsi sayıldığını vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, paytaxtımız Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində daima inkişaf edərək artıq bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alır. E.Əzizov bütün bu nailiyyətlərin qorunub saxlanılması üçün yeni inkişaf strategiyasının müəyyən edilməsinin vacib məsələ olduğunu vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev isə Azərbaycan Memarlar İttifaqının plenumunun ümumilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində keçirilməsi və məhz bu tədbirdə paytaxtın gələcək inkişafı məsələlərinin müzakirəsinin rəmzi məna daşıdığını söyləyib: “Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev ölkəmizdə, xüsusən də paytaxt Bakıda şəhərsalma və memarlıq sahəsinin inkişafına çox böyük diqqət ayırırdı. Ulu Öndər şəhərsalmanın elmi əsaslarla planlaşdırılmasının və tikinti işlərinin davam etdirilməsinin Bakı üçün mühüm məsələ olduğunu xüsusi vurğulayırdı”.

Komitə sədri bildirib ki, Ümumilli Liderin və onun ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, şəhərsalma, tikinti və arxitektura sahəsində də çox uğurlu siyasət həyata keçirilir. Ölkə başçısının tapşırığı əsasında bütün şəhər və qəsəbələrdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, mühəndis-kommunikasiya və sosial infrastruktur obyektləri tikilir, yeni yaşayış kompleksləri salınır. Ölkəmizdə tarixi və mədəni irsin qorunması və bərpası sahəsində çox böyük işlər görülür.

S.Nuriyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunmasında və təbliğində oynadığı əvəzolunmaz rolunu xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında son illər ərzində uğurla reallaşdırılmış iri abadlıq və yenidənqurma layihələri sayəsində Bakı bu gün həm yüksək peşəkarlıqla konservasiya olunan zəngin tarixi-memarlıq irsi, həm də müasir memarlığı və infrastrukturu ilə seçilir: “Bugünkü plenumun məhz Bakının şəhərsalma inkişafı mövzusuna həsr edilməsini təqdirəlayiq hesab edirəm. Dövlət başçısının göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırda təşkil olunmuş Bakının Baş planının hazırlanması prosesinə nüfuzlu beynəlxalq təşkilatlar ilə yanaşı, Azərbaycan ictimaiyyətinin və yerli peşəkarların da cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycan Memarlar İttifaqı Bakının Baş planının hazırlanması prosesinin bütün mərhələlərində fəal iştirak edir”

O, həmçinin Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərdən danışıb. Nəzərə çatdırıb ki, birinci mərhələdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli Fərmanına əsasən, Bakı şəhərinin Baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə komitə “Böyük üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - “Boston Consulting Group” şirkətini əməkdaşlığa cəlb edib. Birinci mərhələdə görülmüş işlər nəticəsində beynəlxalq təcrübəyə və bu sahədə müasir qlobal tendensiyalara əsaslanaraq Bakının İnkişaf Konsepsiyası hazırlanıb, şəhərin inkişafının əsas prioritetləri müəyyən edilib. Eyni zamanda, birinci mərhələdə tərtib olunmuş ətraflı texniki tapşırıq əsasında Baş planın işlənməsi məqsədilə beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender keçirilib. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma və memarlıq şirkəti seçilib və bununla da layihənin ikinci mərhələsinə başlanılıb.

S.Nuriyev, həmçinin əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin ikinci mərhələsinin bütün icraçılarının - “AS+P”, “Boston Consulting Group” şirkətləri və Bakı Dövlət Layihə İnstitutunun ilk işçi görüşü təşkil olunub, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edilib: “Bu gün isə, layihə icraçılarının Azərbaycan memarları ilə ilk görüşüdür. Əminəm ki, bütün maraqlı tərəflərin, o cümlədən aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcək. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək”.

Bakı Dövlət Layihə İnstitutunun rəhbəri İlqar İsbatov isə Bakının İnkişaf Konsepsiyası barədə məlumat verərək konsepsiya ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti plenum iştirakçılarının diqqətinə çatdırıb. Deyib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb, bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib. İnsanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.

“AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares çıxışında şəhərlərin inkişafının dünya trendləri barədə məlumat verib. O, həmçinin Bakının Baş planı layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğulayıb. Deyib ki, təmsil etdiyi qurumun əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. Məhz buna görə işə yerli mütəxəssislər də cəlb olunmalıdır. “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır.

Çıxış və məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Nərimanov rayonunda obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Bu saata olan əsas xəbərlər

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər