Azərbaycan millisi "Avro 2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib
Bakı, 7 sentyabr, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər stadionunda keçirilən Uels-Azərbaycan oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüş Uels millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Mahir Emreli, rəqib komandadan isə Qaret Beyl fərqləniblər. Seçməmizin futbolçusu Pavel Paşayev isə avtoqola yadda qalıb.