Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə Danimarkadan təklif gəlib
Bakı, 27 yanvar, AZƏRTAC
Bakının “Sabah” klubunun əsas müdafiəçisi və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə Danimarkadan təklif gəlib.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı müdafiəçi Danimarkanın “Vayle” klubunun maraq dairəsinə düşüb. Superliqa təmsilçisi futbolçunu heyətinə qatmaqla müdafiə xəttindəki boşluğu aradan qaldırmaq fikrindədir.
Ancaq transferin baş tutma variantı o qədər də yüksək deyil. “Vayle” klubu futbolçunu transfer haqqı ödəmədən heyətinə qatmaq istəyib. Bakı təmsilçisi isə buna razılıq verməyib.
Qeyd edək ki, futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyunda 1 qol vurub. Onun “Sabah”la müqaviləsi 2022-ci ilin iyunun 30-da bitəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]