AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BOK-un HİMAYƏSİ ALTINDA KEÇİRİLƏN REGİONAL SEMİNARDA İŞTİRAK EDƏCƏKDİR
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında aprelin 27-dən 29-dək Varşavada keçiriləcək regional seminarda iştirak edəcəkdir. “ 1998-2002-ci illər. Mərkəzi Avropa ölkələrinin qadınları olimpiya hərəkatında” mövzusunda keçiriləcək seminarın adından göründüyü kimi, Avropa və MDB ölkələrinin qadın nümayəndə heyətlərinin təmsil olunacağı bu forumda qadınların olimpiya oyunlarında əldə etdikləri uğurlar və onların iştirakının fəallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunacaqdır.
Seminarın açılışı günü BOK-un “Qadınlar və idman” işçi qrupunun sədri xanım Anita de Frans, Polşa MOK-un sədri Stefan Pajçik çıxış edəcəklər. Sonra seminarın işi bölmələrdə davam etdiriləcək və ayrı-ayrılıqda hər bir ölkədə, o cümlədən Azərbaycanda qadın olimpiya hərəkatının vəziyyəti barədə məruzələr dinləniləcəkdir. Tədbirin axırında seminar iştirakçılarının hamısı ilə razılaşdırılmış fəaliyyət planının təqdimatı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]