Azərbaycan nümayəndə heyəti rəhbərinin tələbi ilə AŞPA-nın qətnamə layihəsində dəyişikliklər edilib
Strasburq, 25 aprel, AZƏRTAC
AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.
Onun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi AŞPA-nın layihəsinə daxil edilib. Eyni zamanda, nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib. Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]