AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İRANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin İran İslam Respublikasına rəsmi səfəri başa çatmışdır.
İranın xarici işlər naziri Məniçöhr Mottəkinin dəvəti ilə həyata keçirilən ikigünlük səfər çərçivəsində nümayəndə heyəti İran Prezidenti Mahmud Əhmədinejad, İran İslam Şurası Məclisinin sədri Əli Laricani, xarici işlər naziri və İran Prezidentinin müşaviri, mədəniyyət və islami əlaqələr təşkilatının sədri Mehdi Mustafavi ilə görüşmüş, “İran-Xodro” avtomobil zavodu ilə tanış olmuşlar.
Görüşlərdə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərinin əhəmiyyətindən danışan Vasif Talıbov bildirmişdir ki, əlaqələrin sürətlə genişlənməsi dost və qonşu xalqlarımızı daha da yaxınlaşdırır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini xatırladan nümayəndə heyətinin başçısı demişdir ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. İrana səfər edən Naxçıvan MR sakinlərinin, eləcə də muxtar respublikaya gələn İran vətəndaşlarının da sayı getdikcə artır.
Belə bir cəhət də vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad arasındakı səmimi münasibətlər xalqlarımız və ölkələrimizin əlaqələrinin daha da inkişafına xidmət edir.
Görüşlərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Abbasəli Həsənov iştirak etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]