AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İRANA SƏFƏRİ BAŞLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin İrana səfəri başlanmışdır.
Səfərin birinci günü nümayəndə heyətimiz İran İslam Şurası Məclisinin sədri Əli Laricani və xarici işlər naziri Mənuçehr Mottəki ilə görüşmüş, “İran-Kodro” avtomobil zavodu ilə tanış olmuşdur.
Görüşlərdə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərindən danışan Vasif Talıbov bildirmişdir ki, əlaqələrin sürətlə genişlənməsi tarixən doğma olan xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıran natiq qeyd etmişdir ki, bu mehriban qonşuluq siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan İran rəsmiləri əminliklə bildirmişlər ki, İran tərəfi bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinə ciddi səy göstərəcəklər.
İyulun 15-də nümayəndə heyətimiz görüşləri və İranın sənaye müəssisələri ilə tanışlığı davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]