Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN OĞLU, RƏŞADƏTLİ VƏ ŞƏRƏFLİ CƏNGAVƏR GENERAL HÜSEYN XAN NAXÇIVANSKİ

Rusiyalı tədqiqatçı alim, professor, Beynəlxalq İnformatika

Akademiyasının həqiqi üzvü, hazırda ölkəmizin qonağı olan Rudolf Nikolayeviç İvanov “Əlahəzrətin general-adyutantı” kitabını bu əfsanəvi şəxsiyyətə həsr etmişdir.

AZƏRTAC 26 kitabın müəllifi olan Rudolf İvanov barədə əvvəllər də yazmışdır. Onun kitabları arasında Qafqaz qəhrəmanları haqqında tədqiqatlar xüsusi yer tutur. Buna görə də təsadüfi deyil ki, bir çox fəxri adlara layiq görülən Rudolf Nikolayeviçə Dağıstanın Xunzax rayonunun fəxri vətəndaşı və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru adları xüsusilə əzizdir.

R.İvanov Bakıda dəfələrlə olmuşdur. Üstəlik, özünün etiraf etdiyi kimi, həyata ilk vəsiqəni burada, hərbi dəniz məktəbində almışdır. Görünür, bu səbəbdən də özünün gənclik illərinin keçdiyi şəhərə hər gəlişindən həmişə məmnunluq duyur, buraya səfərinə kömək edənlərə, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, tədqiqatçıya hər cür yardım və dəstək göstərən Mehriban xanım Əliyevaya hədsiz minnətdardır.

Alimin Bakıya indiki gəlişi qədim diyar olan Azərbaycana həsr etdiyi “Əlahəzrətin general-adyutantı” tarixi monoqrafiyasının qarşıdakı təqdimatı ilə bağlıdır. AZƏRTAC-ın müxbiri də müəlliflə bu ərəfədə görüşmüşdür.

-Rudolf Nikolayeviç, Siz Azərbaycanda tanınmış adamsınız. Burada Qafqazın tarixi, hələlik az tanıdığımız, lakin fəxr edə biləcəyimiz həmvətənlərimizlə bağlı hər bir əsərinizi maraqla qarşılayırlar. Budur, indi Siz general Hüseyn xan Naxçıvanskini təqdim edirsiniz. Sizin sayənizdə onun qəhrəmanlıq yolunun bütün mərhələləri Azərbaycan xalqına məlum olacaqdır. Sizi Hüseyn xan Naxçıvanskinin həyatı haqqında materialları axtarmağa nə sövq etmişdir?

-XX əsrin əvvəlində Qafqazda görkəmli dövlət xadimi, jurnalist, rəssam olmuş Maqsud Əlixanov haqqında kitablar üzərində işləyərkən mən onun Dağıstanın Xunzax kəndindəki məzarını ziyarət etdim. Yadımdadır, gördüklərim məni məyus etdi, çünki məzar bərbad vəziyyətdə idi, halbuki bir vaxtlar Əlixanov Tbilisidə, Kutaisidə qubernator olmuşdu. Təbiətən cəsur insan olan məhz Əlixanov Bayazitin müdafiəsi haqqında həqiqəti üzə çıxarıb dərc etdirdi, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin həqiqi qəhrəmanlarının adlarını göstərdi. Elə ondaca öyrəndim ki, Maqsud Əlixanovun həyat yoldaşı çox qeyri-adi bir insanın - Əlahəzrətin general-adyutantı Hüseyn Xan Naxçıvanskinin bacısı olmuşdur.

Təbii ki, mən bu məlumatla maraqlandım və arxivlərə müraciət etdim. Onun bütün həyat yoluna dair birbəbir faktlar, zərrə-zərrə məlumatlar topladım. Sübuta yetirdim ki, o, Naxçıvan xanlarının məşhur sülaləsinin dördüncü nəslini təmsil edir və bu sülalənin əsasını Kəlbalı xan Naxçıvanski qoymuşdur. O, qüdrətli sima idi, ondan çəkinirdilər, Qafqazın bütün canişinləri ona hörmət edirdilər, çünki onun qətiyyətindən, güclü iradəsindən xəbərdar idilər. Sonuncu monoqrafiyamın qəhrəmanı Hüseyn xanın ulu babası məhz belə bir insan olmuşdur. Babası Ehsan xan Naxçıvanski də cəsur hərbi sərkərdə kimi tanınmışdı. Həm də atası kimi, onu da yüksək mənəviyyat meyarı sayırdılar.

Kornetlikdən tam süvari generallığınadək şərəfli yol keçmiş Hüseyn xanın 34 illik hərbi və döyüş fəaliyyəti ona yüksək ad - Əlahəzrət imperatorun general-adyutantı adı verilməsi ilə nəticələnməsi heç də təəccüblü deyildir. Generalın xidməti siyahısına Dağıstan, Nijni Novqorod süvari polklarının, Leyb-qvardiya süvari polkunun rəhbəri kimi göstərdiyi xidmətlər də daxildir. Hüseyn xan xüsusi sərkərdəlik istedadına malik idi və bu, Birinci dünya müharibəsinin ön cəbhəsində süvari diviziyasına, korpusuna komandanlıq edərkən özünü parlaq şəkildə büruzə vermişdir. Bütün bunlar nəzərdən qaçmırdı: Hüseyn xan Rusiyanın 20 mükafatı ilə təltif edilmişdi, onların arasında yüksək orden – iki Müqəddəs Georgi ordeni də vardı.

Belə bir faktı da xüsusi vurğulamaq istərdim ki, Hüseyn xan, əsasən, müsəlmanlardan ibarət olan və “Dikaya diviziya” adı ilə məşhur olan süvari diviziyasının yaradıcılarından biri idi. Bu diviziyaya imperator II Nikolayın qardaşı Böyük knyaz Mixail Aleksandroviç komandanlıq edirdi. Yeri gəlmişkən, Böyük knyazın ilk döyüş sınağı onun bilavasitə rəisi olan Hüseyn xan Naxçıvanskinin ciddi nəzarəti altında keçmişdi. Mən bir ədəbi qaynaqda oxudum ki, “Dikaya diviziya” döyüşçülərinin qəhrəmanlığına heyran qalan general Kornilov onlardan xahiş etmişdi ki, belə qartallar yetirmiş atalarına onun təşəkkürünü çatdırsınlar.

-Rudolf Nikolayeviç, yəqin ki, bütün bu materialları toplamaq Sizin üçün asan olmamışdır. Axı, bir çox arxivlər inqilabdan sonra, elə sonralar da dağıdılmış, talan edilmişdi. Sizin üçün nələr informasiya mənbələri olmuşdur?

-Əlbəttə, ilk növbədə, hərbi tarix arxivi. Orada Rusiya-Türkiyə müharibəsi haqqında materiallar, o cümlədən Bayazitə dair qovluqlar və digər sənədlər vardır. Mən bu cüzi məlumatları bir-bir toplayır, ümumiləşdirir və araşdırırdım. Vaxtilə rəsmi sənədlər, o cümlədən imperatorun əmrləri “Russkiy invalid” qəzetində dərc edilirdi. Bəzi materialları isə Baş hərbi məcmuədə tapdım. Demək istəyirəm ki, mənim ən nadir arxiv materiallarından istifadə etmək imkanım vardı. Müraciət etdiyim, - xüsusən Azərbaycanda, - insanların ürəkyananlığının mənə çox köməyi dəyirdi. Onlar başa düşürdülər ki, məşğul olduğum iş bu adamlara öz xalqının tarixini daha yaxşı öyrənməyə imkan verəcəkdir. Onların bunu anlaması mənim üçün xoş idi.

-Siz general Hüseyn xan Naxçıvanski haqqında tədqiqatınızı başa çatmış hesab edirsinizmi?

-Təəssüf ki, yox. Heç cür razılaşa bilmərəm ki, Azərbaycan xalqının iftixarı olan bu böyük insanın taleyi bizə hələ də axıradək məlum deyildir. Biz onun nə vaxt və nədən vəfat etdiyi, harada torpağa tapşırıldığı barədə suallara cavab verə bilmirik. Təəssüf ki, arxivlərdə belə məlumatlar yoxdur. Halbuki belə olmamalıdır. Böyüklüyü və xidmətləri barədə əfsanələr yayılmış insanın taleyi naməlum qala bilməz. Axı, o, inqilabdan sonra, artıq sovetlər ölkəsində də bir müddət, Fövqəladə Komissiyanın sədri Uritskinin imzaladığı orderə əsasən həbsə alındığı vaxtadək Petroqrad hərbi dairəsi qoşunlarının tərkibində olmuşdur. Çox ümid edirəm ki, kələfin ucu tapılacaq və Hüseyn xan Naxçıvanski “itkin düşmüş” hesab edilməyəcəkdir.

-Sizə qəhrəmanınızın indiki nəsilləri barədə bir şey məlumdurmu? Gərək ki, Siz Naxçıvanda da olmusunuz?

-Bəli, olmuşam. Mən dəvətə və səxavətli qonaqpərvərliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova

çox minnətdaram. Yubileyimin orada, dünyaya bu qədər böyük insanlar verən Naxçıvan torpağında təntənə ilə qeyd edilməsi məni çox təsirləndirdi. Belə görkəmli övladlar yetirmiş diyarda olmaq mənim üçün xoş idi. Cənab Talıbov Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ilə birlikdə mənə işim üçün hər cür şərait yaratmışdılar və hər bir məsələdə kömək edirdilər.

Qəhrəmanımın varislərinə gəldikdə isə, təəssüf ki, mənə artıq məlum olanlardan və öz kitabımda yazdıqlarımdan başqa, hələlik təzə bir məlumat yoxdur.

-Sonuncu sualım. Rudolf Nikolayeviç, gələcək planlarınızla bölüşə bilərsinizmi?

-İndi mən Naxçıvan diyarının yetirdiyi beşinci general – Cəmşid Naxçıvanski haqqında kitabı nəşrə hazırlayıram. Kitaba belə ad vermişəm: “Briqada komandiri Naxçıvanskinin həyatı və həlak olması”. Lakin bu, çox güman, Zaman haqqında, satqınlığın və çuğulluğun həyat normasına çevrildiyi dəhşətli vaxtlar haqqında kitab olacaqdır. Material, əsasən, toplanmışdır. Amma axtarışlar davam edir.

-Rudolf Nikolayeviç, sağ olun. Sizə uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq