AZƏRBAYCAN ÖZ TƏBİİ EHTİYATLARINDAN DÖVLƏTÇİLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ MƏQSƏDİ İLƏ İSTİFADƏ EDİR
Azərbaycan öz təbii ehtiyatlarından dövlətçiliyin möhkəmləndirilməsi məqsədi ilə istifadə edir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 14-də Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın “Azərbaycan neft gəlirlərini silahlanmaya yönəldir” bəyanatını şərh edərkən bildirmişdir.
X.İbrahim Azərbaycanın neft və qazdan daha önəmli potensiala malik olduğunu vurğulayaraq demişdir ki, ölkəmizin əsas potensialı onun insan kapitalıdır. Neft və qaza gəldikdə isə, bəli, biz ondan müxtəlif sahələrin inkişafı üçün istifadə edirik. Neft gəlirləri Azərbaycan iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin, ölkənin hərbi qüdrətinin inkişafına yönəlmişdir və yönəldiləcəkdir. Bu, normal praktikadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]