Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Özbəkistan münasibətləri Əbədi dostluq mərhələsinə yüksəlib ŞƏRH

Azərbaycan-Özbəkistan münasibətləri Əbədi dostluq mərhələsinə yüksəlib  ŞƏRH

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan və Özbəkistan münasibətləri keçmişin ortaq dəyərləri və gələcəyin ortaq layihələri üzərində qurulur. Prezident İlham Əliyevin Özbəkistana üçüncü dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və yeni layihələrin təqdimatı Azərbaycan–Özbəkistan münasibətlərinin yeni yüksək mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi. Son illərdə formalaşan əməkdaşlıq modeli siyasi etimadı konkret hüquqi sənədlər, institusional mexanizmlər, investisiya alətləri, ticarət proqramları, nəqliyyat layihələri və humanitar təşəbbüslərlə genişləndirir. Münasibətlərin bu qədər sürətlə inkişaf etməsində iki dövlət başçısının siyasi iradəsi xüsusi rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək şəxsi etimad artıq dövlətlərarası münasibətlərin mühüm hərəkətverici qüvvəsinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, münasibətlərin bugünkü səviyyəsini anlamaq üçün 2024-cü il avqustun 23-də Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqaviləni xatırlamaq kifayətdir. Sənəd əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Eyni səfərdə Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi münasibətlərin institusional əsaslarını gücləndirdi. 2026-cı il avqustun 23-də isə bu xətt daha yüksək mərhələyə keçdi. Prezidentlərin iştirakı ilə Əbədi dostluq haqqında Müqavilə imzalandı. Ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması proqramı və investisiya-ticarət layihələri üzrə yol xəritəsi qəbul edildi. Beləliklə, münasibətlərin inkişafı qardaşlıqdan strateji tərəfdaşlığa, müttəfiqlikdən bədi dostluğa doğru ardıcıl xarakter daşıyır.

“Əbədi dostluq haqqında Müqavilənin əsas siyasi əhəmiyyəti iki ölkə arasında münasibətlərin uzunmüddətli xarakterini təsbit etməsidir. Sənəd yüksək siyasi etimadın hüquqi ifadəsi olmaqla, dəyişən geosiyasi şəraitdə qarşılıqlı münasibətlərin sabitliyini gücləndirir. Müqavilə gələcək onilliklər üçün ikitərəfli münasibətlərin siyasi əsaslarını müəyyən edən mühüm sənəddir. Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyətlərindən biri Ali Dövlətlərarası Şuranın fəaliyyətidir. 2023-cü ildə yaradılmış bu mexanizm iki dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərir. 2024-cü ildə ilk iclası keçirilən Şuranın 2026-cı ildə üçüncü toplantısının keçirilməsi platformanın davamlılığını təsdiqləyir”, - deyə deputat əlavə edib.

N.Məmmədova bildirib ki, münasibətlərin yeni mərhələsinin mühüm göstəricilərindən biri iqtisadi əməkdaşlığın genişlənməsidir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 795 milyon dollar təşkil edib ki, bu da üç dəfədən çox artım deməkdir. 2026-cı ilin yanvar–may aylarında isə göstərici 144 milyon dollara çataraq illik müqayisədə 33 faiz artıb. Sənaye, kənd təsərrüfatı, enerji, tikinti, nəqliyyat və turizm sahəsində əməkdaşlıq imkanları mövcuddur. Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bu dəstəyin mühüm nümunəsidir.

“Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindəndir. Bu iki ölkənin yaxınlaşması regionlararası əlaqələrin dərinləşməsinə təsir göstərir. Əsas istiqamətlərdən biri Orta Dəhlizdir. Nəqliyyat dəhlizləri ilə yanaşı, limanların, dəmir yollarının, logistika xidmətlərinin və rəqəmsal həllərin əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyacaq.

Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa da əlavə impuls verir. İki ölkənin iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi Türk dünyasının şərq və qərb hissələri arasında bağlantıların möhkəmlənməsinə xidmət edir. Bakı ilə Daşkənd arasında formalaşan əməkdaşlıq türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından nümunəvi xarakter daşıyır”, - deyə deputat fikrini sonlandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elvin Cəfərquliyev əməliyyat olunacaq, 3 ay futbol oynaya bilməyəcək

Astarada maarifləndirici təlim: gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır

Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Son yeddi ayda 83 uşaq övladlığa verilib

Özbəkistandan 69 müəllim UNEC-də peşəkar inkişaf proqramlarında iştirak edib

Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır

Faiq Ələkbərli: Mirzə Uluqbəy adına məktəb Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm nümunəsidir

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

Sənət dostları Tofiq Bakıxanov haqqında: Onun musiqisi və zəngin irsi daim yaşayacaq

Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır

Bakı-Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni imkanlar yaradır ŞƏRH

Xaçmazlı əkiz bacılar eyni ixtisasa qəbul olublar

Azərbaycan-Özbəkistan münasibətləri Əbədi dostluq mərhələsinə yüksəlib ŞƏRH

BDU alimləri özbəkistanlı həmkarları ilə 150-dən çox birgə elmi əsər nəşr etdiriblər

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar

BDU və Özbəkistan universitetləri arasında əməkdaşlığın yeni istiqamətləri formalaşır

UNEC və Özbəkistan universitetləri arasında ikili diplom və akademik mobillik imkanları genişlənir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı

Bakıdan İstanbula uzanan elm yolu - professor Abdullah Sofiyev

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir

BDU Özbəkistanın 44 ali məktəbi və elmi müəssisəsi ilə əməkdaşlıq edir

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

“Mançester Siti”nin futbolçusu “Tottenhem”ə keçib

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2 VİDEO

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2 VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub

Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Almaniya hökuməti sənayenin rəqabət qabiliyyətinin və innovasiyaların gücləndirilməsini müzakirə edir

“Mişni” və “Alxaslı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Çin eyni raketlə orbitə 7 peyk göndərib

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” braziliyalı futbolçu üçün yeni təklif göndərib

“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq

Elmar Baxşıyev: “Hapoel”lə matçı "Sabah" üçün tarixi oyun adlandırmaq olar

Avropada qaz anbarlarının doluluq nisbəti ötənilki səviyyədən 12 faiz aşağıdır

Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır

Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb

Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Ekspert: Vergi Məcəlləsinə dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir

AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti

AMEA-da görüş: Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafı diqqət mərkəzindədir

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkarlanıb

Ekspert: Qeyri-rezidentlərin rəqəmsal platformalarının vergi uçotuna alınması Azərbaycan iqtisadiyyatı üçün çox önəmlidir

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

Litvada iki min hərbçi üçün modul düşərgə inşa ediləcək

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

Bu saata olan əsas xəbərlər

Türkiyədə qazıntılar zamanı 11 min illik unikal heykəl tapılıb VİDEO

“Bitcoin”in qiyməti 80,5 min dolları ötüb

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

Azərbaycan-Özbəkistan əbədi dostluğu tarixi köklərimizdən və folklor ənənələrimizdən güc alır

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

Qazaxıstanda Xəzər dənizinin mühafizəsi ilə bağlı yeni layihələr təqdim olunub

Azərbaycanda makaron məmulatları istehsalı artıb – QRAFİK

Azərbaycan-Özbəkistan əlaqələri yeni geoiqtisadi imkanlar formalaşdırır ŞƏRH

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

® “Rabitəbank” və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” - 7 faizədək keşbek, 6 ayadək faizsiz taksit

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq

Hikmət Quliyev: Azərbaycan-Özbəkistan folklorşünaslıq əlaqələri daha geniş elmi layihələrə çevriləcək

“Babək” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

Son 7 ayda ƏƏSMN-in e-xidmətlərinə 4,5 milyon müraciət edilib

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayır

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” işə başlayıb

“Qarabağ” – “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

“Citigroup” qızılın qiyməti ilə bağlı proqnozunu artırıb

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq

Azərbaycan və Özbəkistanın rəssamlıq ali məktəbləri əməkdaşlığı genişləndirir

Kamil Abdullazadə: Azərbaycan-Çin hüquqi və kommersiya əlaqələrinin inkişafına töhfə vermək istəyirəm

Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi

Rumıniyalı voleybolçu: Azərbaycan millisi xeyli inkişaf edib

AQTA sədri Şəmkirdə vətəndaş müraciətlərini dinləyəcək

Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır VİDEO

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Paytaxtdakı təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri aparılır

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

® Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb VİDEO

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb VİDEO

Azərbaycan nefti 95,13 dollara satılır VİDEO

Azərbaycan nefti 95,13 dollara satılır VİDEO

Naxçıvanda 127 layihəyə 4,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

Avropol: Muzeylərdə zorakı soyğunçuluq halları artıb