Azərbaycan parlament nümayəndə heyəti Estoniyaya gedəcəkdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatları - GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və nümayəndə heyətinin üzvü Əli Məsimli “Xarici və daxili təhlükəsizliyin siyasi bağlılığı” mövzusunda parlament seminarında iştirak etmək üçün mayın 12-də Tallinə gedəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Baltik Assambleyasının təşkil etdiyi bu seminarda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, miqrasiyaya milli və regional cavabın qiymətləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Səfər mayın 14-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]