İDMAN
Azərbaycan Premyer Liqası: “Sabah” - “Səbail” qarşılaşmasında hesab açılmayıb
Bakı, 23 fevral, Nicat Məmmədov, AZƏRTAC
Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyununda “Sabah” komandası “Səbail” klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşdə hesab açılmayıb. Matçın 15-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Yevqeni Koçuk qırmızı vərəqə ilə cəzalandırılıb.
Hazırda “Sabah” 20 xalla 6-cı, “Səbail” 19 xalla 7-ci pillədə qərarlaşıb.
Bu komandalar indiyədək altı dəfə qarşılaşıblar. Oyunlardan üçündə “Sabah”, iksində isə “Səbail” qələbə qazanıb, bir matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də “Sabah” öndədir - 9:7.
Xatırladaq ki, turun birinci oyun gündə “Neftçi” səfərdə “Qəbələ”ni (2:0), “Keşlə” isə öz meydanında “Zirə”ni (4:0) məğlub edib.
Tura “Qarabağ” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.