Azərbaycan Premyer Liqasının XXII turunda rekord qeydə alınıb
Bakı, 12 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, yalnız “Qarabağ” klubu ilə “Sumqayıt” arasındakı matçda qalib müəyyənləşib - 4:1. “Zirə” - “Keşlə” və “Səbail” - “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” - “Neftçi” görüşündə 4 qol vurulub - 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]