Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV AŞQABADA YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün aprelin 23-də Türkmənistanın paytaxtı Aşqabad şəhərinə yola düşmüşdür. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir. Prezident demişdir:

- Mənim Aşqabada səfərim haqqında məlumatınız var. İzahat verməyə ehtiyac yoxdur. Nə məqsəd üçün gedirik, o da məlumdur. Çünki uzun müddətdir Xəzər dənizinin statusunun müəyyən olunması ilə əlaqədar müxtəlif səpkilərdə danışıqlar gedibdir. Xüsusən bizim xarici işlər nazirlərinin rəhbərlik etdikləri ekspert qrupları çox işləyiblər. Eyni zamanda ikitərəfli görüşlər də çox olubdur. Xarici işlər nazirləri, baş nazirlər, prezidentlər görüşüblər. İndi birinci dəfədir ki, biz dövlət başçıları səviyyəsində Aşqabadda toplaşırıq. Gedək, görək nə olur.

SUAL: Cənab Prezident, İran belə bir rəsmi məlumat yayıb ki, bu sammitdə İİR-ə 14,5 faiz təklif olunacaq. Bildirilir ki, İran bu təkliflə razılaşır. Həmin təklifin gündəliyə çıxarılacağını gözləmək olarmı?

CAVAB: Bilmirəm. Nə olacaqsa, orada görəcəyik. Bu barədə məlumatım yoxdur.

SUAL: Cənab Prezident, Azərbaycanın Xəzərlə bağlı mövqeyində hər hansı bir yenilik varmı?

CAVAB: Yoxdur.

SUAL: Xəzər dənizi enerji daşıyıcıları ilə zəngin olan bir mənbədir. Bu mənbənin istifadə olunması və dünyanın inkişaf etmiş dövlətlərinin diqqətinin buraya cəlb edilməsi Sizin böyük xidmətinizdir. Bizim ictimaiyyət Aşqabad sammitində Xəzərin sektorlara bölünməsində dövlətlərin ümumi razılığa gələcəyinə əmindir. Sizcə, ictimaiyyətimiz öz əminliyində yanılmır ki?

CAVAB: Mən də əminəm, camaat da əmindir. Amma lazımdır ki, razılığa gələk.

SUAL: Cənab Prezident, Rusiya nümayəndə heyəti burada olanda Siz dediniz ki, koordinatların dəqiqləşdirilməsinə Rusiya ilə Qazaxıstan başlayıblar. Bu koordinatlar Azərbaycanla da razılaşdırılacaqdır. Bunu sürətləndirmək lazımdır. Putinlə görüşünüzdə Siz bu məsələyə toxunacaqsınızmı?

CAVAB: Biz artıq bunu danışmışıq. Burada problem yoxdur. Bizim ekspertlər işləyirlər. Nəzərdə tutulur ki, hazır olsa, - iyun ayının əvvəlində mən Sankt-Peterburqa gedəcəyəm, orada prezident Putinlə görüşəcəyəm, - ola bilər, orada imzalayaq.

SUAL: Cənab Prezident, İranın prezidenti Xatəmi ilə görüşəcəksinizmi?

CAVAB: Bəli, görüşəcəyəm.

SUAL: Cənab Prezident, Türkmənistanın prezidenti Saparmurad Türkmənbaşı ilə görüşəcəksinizmi?

CAVAB: Türkmənbaşı ev sahibidir. Yəqin ki, görüş olacaqdır.

SUAL: Cənab Prezident, Azərbaycanın Türkmənistana borcu vardır. Türkmənistan tərəfi artıq rəqəmlər deyib, problemin həllini yubadırdı. Bu məsələ barədə danışıq aparacaqsınızmı? Bir də ki, Türkmənistana gediş-gəlişlə bağlı bəzi problemlər barədə söhbətiniz olacaqmı?

CAVAB: Bilirsinizmi, indi mən borc məsələsindən heç danışmaq istəmirəm. Buna hazır da deyiləm. Çünki bu səfərimin məqsədi o deyil. Türkmənistana gediş-gəlişi nə mənada deyirsiniz, onlar hamıya viza qoyublar.

SUAL: Onlar deyirlər ki, azərbaycanlılar gələndə problem yaranır.

CAVAB: Bir halda ki, viza qoyub, bu, öz vətəndaşlarının hamısına aiddir. O azərbaycanlılar da Türkmənistanın vətəndaşlarıdır. Burada heç kəsə istisna etmək olmaz.

SUAL: Cənab Prezident, Türkmənistanla və İranla mübahisəli yataqlar barədə məsələ qaldırılacaqmı?

CAVAB: Bilirsinizmi, bizim mübahisəli yataqlarımız yoxdur.

SUAL: Cənab Prezident, Sizin Aşqabada səfəriniz o deməkdirmi ki, İranla Türkmənistanın mövqelərində yaxınlıq var?

CAVAB: Mənim mövqeyim bunu bildirmir - bu iki dövlətin mövqelərində yaxınlıq var, ya yox. Biz birinci dəfə toplaşırıq. Bunu başqa məsələlərlə şərtləndirmək olmaz.

SUAL: Cənab Prezident, səhhətiniz necədir? Qəzetlərdə məlumat yayılmışdı ki, Siz hətta xəstəxanaların birinə baş çəkmisiniz.

CAVAB: Sən mənə lap yaxında durmusan... Sən necə düşünürsən? Sən məni görürsən. Necəyəm? O yalan yazılara sən cavab versən, - özü də bəzən cavabın tutarlı olur, - onlara cavab ver ki, mən Prezidentdən 50 santimetr məsafədə durmuşdum, onun səhhətini hiss etdim. Nə hiss etmisən, öz işindir.

SUAL: Cənab Prezident, 2003-cü ildəki prezident seçkilərinə şəxsən Sizin özünüzün qatılacağınız gözlənilirmi?

CAVAB: Mən bunu çoxdan bəyan etmişəm. Start nədir? Start elə bir şey deyil. Bəyan etmişəm ki, 2003-cü ilin seçkilərində mən yenidən iştirak edəcəyəm.

SUAL: Tək namizəd göstəriləcəksiniz, yoxsa başqa namizəd də olacaq? Yeni Azərbaycan Partiyasından İlham Əliyevin namizədliyindən söhbət gedir.

CAVAB: Bir partiyadan iki namizəd ola bilməz.

SUAL: Cənab Prezident, güc nazirliklərində, habelə Gömrük Komitəsində, Vergilər Nazirliyində rəhbərlərin dəyişdiriləcəyi barədə söz-söhbət gedir. Bu, nə dərəcədə doğrudur?

CAVAB: Bunu haradan gözləyirsiniz? O qədər belə yalan məlumatlar yayırlar ki, mən bunlara cavab verməyəcəym.

SUAL: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla hərbi təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı bəyanatları Azərbaycan-İran münasibətlərinə hansı yeniliklər gətirə bilər?

CAVAB: Bilirsiniz, gəlin, burada belə şeyləri müzakirə etməyək. Bizim şərhçilərimiz televiziyada, xüsusən özəl kanallarda bunları şərh edirlər. Düzdür, bəzən səhvlərə yol verirlər, özlərinin subyektiv fikirlərini deyirlər. Bura o söhbətin yeri deyildir.

SUAL: Cənab Prezident, ABŞ prezidenti Corc Buş Azərbaycana, Ermənistana və Tacikistana hərbi yardımla bağlı sənəd imzalamışdır. Konkret olaraq Azərbaycana nə cür yardım göstəriləcək?

CAVAB: Görək də. O, bu sənədi beşinci gün imzalamışdır. Gərək onlar bizə desinlər ki, yardım necə olacaq.

SUAL: Cənab Prezident, şənbə gününə müxalifətin icazə verilmiş mitinqi nəzərdə tutulmuşdur. Buna münasibətiniz necədir?

CAVAB: Bu, artıq adi haldır. Mitinq keçirirlər... Birinci mitinq deyil ki. Bir-iki gün bundan əvvəl qadınlar da mitinq keçirdilər. İndi kişilər keçirəcəklər. Sonra yəqin qocalar keçirəcəklər.

SUAL: Cənab Prezident, bu gün Azərbaycan futbolunda çox böhranlı vəziyyət yaranmışdır. UEFA, FİFA Azərbaycanı hətta bu federasiyalardan uzaqlaşdırmaqla hədələyir. Buna Sizin münasibətinizi bilmək olarmı?

CAVAB: Bilirsiniz, mən futbol məsələsi ilə heç məşğul olmuram və xəbərim də yoxdur. Çünki indi bir adam hər şeylə məşğul ola bilməz. Mən maraqlanmıram. Bu, idmançıların, futbol komandalarının işidir.

SUAL: Sammitdə hansısa sənəd imzalanacaqmı?

CAVAB: Nəzərdə tutulur ki, bəyannamə imzalansın. Bizim ekspertlər onun üzərində işləyib mətnini razılaşdıra bilsələr, imzalayacağıq.

SUAL: Cənab Prezident, Siz səfərdən qayıdan kimi sahibkarlarla görüşəcəksiniz. Onların bəzi problemləri var. Məsələn, nəqliyyat nazirinin təsdiq olunması, Prezidentin Yanında Sahibkarlar Şurasının yaradılması. Qarşıdakı görüşdən bu nəticələri gözləmək olarmı?

 

CAVAB: Bilirsənmi, sən yaxşı jurnalistsən, amma hərdən-bir bəsit suallar verirsən. Bu görüşdən çox şey gözləmək olar. İndi belə bir böyük görüş keçirəcəyik və bütün Azərbaycana bəyan etmişik ki, sahibkarlardan kim istəyirsə, gəlib fikirlərini deyə bilər. Məqsədimiz nədir? Məqsədimiz odur ki, sahibkarlar öz işləri haqqında, onlara mane olan səbəblər haqqında açıq danışsınlar. Azərbaycanda biznesi inkişaf etdirmək lazımdır. Özü də, yerli sahibkarlar biznesi inkişaf etdirməlidirlər. Biz müşahidə edirik ki, yerli biznesin inkişaf etməsində də problemlər var, sahibkarlara maneçiliklər var. Onların bəziləri öz işlərini istədikləri kimi apara bilmirlər.

Təəssüflər olsun ki, əvvəllər olduğu kimi, yenə də ayrı-ayrı hüquq mühafizə orqanları tərəfindən qanunsuz yoxlamalar aparılır, biznesmenlərin işinə müdaxilə edilir. Hətta mən hiss edirəm ki, bizim vergi orqanlarının da işində bir az səhvlər meydana çıxmağa başlayıbdır. Bunların hamısı biznesin inkişafına mane olur. Azərbaycan Prezidenti kimi mənim də məqsədim ondan ibarətdir ki, bunları biznesmenlərin özlərindən eşidim. Onlara nə mane olur və nə etmək lazımdır ki, onlar öz işlərini daha da uğurla apara bilsinlər və Azərbaycanda yerli biznes inkişaf etsin. Bu, çox mühüm məsələdir. Çünki biz islahatlar keçirmişik, dövlətin inhisarında bir şey yoxdur. Bütün iqtisadiyyatımız indi sahibkarların, iş adamlarının əlindədir. Azərbaycanın sosial-iqtisadi inkişafı sahibkarların, iş adamlarının fəaliyyətindən asılıdır. Ona görə də biz buna böyük qayğı göstərməliyik. Necə ki, keçmişdə bunların hamısı dövlətin inhisarında olanda, dövlət onlara qayğı göstərirdi, indi bunlar sahibkarlardadır və biz onlara qayğı göstərməliyik, kömək etməliyik. Biz onların dərdlərini özlərinin dilindən eşitməliyik.

Əlbəttə, mən onlara da arzu edirəm ki, vəziyyəti obyektiv qiymətləndirsinlər. Həqiqətən onlara mane olan məsələləri qaldırsınlar, ayrı-ayrı icra orqanlarının onlara qarşı ədalətsizliklərini bildirsinlər. Hesab edirəm ki, bu, yox deyildir. Qorxmasınlar, çəkinməsinlər, açıq söhbət getsin. Bu, çox böyük bir şeydir. Təbiidir ki, biz görüşdə aldığımız məlumatları təhlil edəcək, sonra lazımi tədbirlər görəcəyik. Güman edirəm ki, bundan sonra Azərbaycan Prezidentinin Fərmanı olacaqdır. Ona görə də biz sadə görüş keçirmək istəmirik. Bu, iqtisadi islahatlar sahəsində bizim apardığımız işin bir hissəsidir.

SUAL: Cənab Prezident, son zamanlar Rusiyada skinxedlərin fəaliyyəti güclənib. Onların qafqazlılara, o cümlədən azərbaycanlılara münasıbəti çox radikaldır. Siz Rusiya Prezidenti ilə görüşərkən bu məsələyə, bir də Krasnodardan ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsinə toxunacaqsınızmı?

CAVAB: Birinci məsələ Rusiya dövlətinin öz işidir, biz buna qarışmırıq və qarışmayacağıq. Hesab edirəm ki, Rusiya dövləti bu problemlərin nə qədər təhlükəli olduğunu özü bilir və lazımi tədbirlər görür.

İkincisi, bizim öz dərdimiz var. Bizə nə lazımdır ki, Krasnodardan ermənilərin haraya köçürülməsi ilə məşğul olaq. İnanmıram ki, onlar Dağlıq Qarabağa gəlsinlər. Dağlıq Qarabağa gəlsəydilər, niyə oraya gedirdilər? Krasnodar çox gözəl yerdir. Ona görə oranı seçiblər. Gəlib Dağlıq Qarabağın daşları üzərində onlar nə edəcəklər?

SUAL: Cənab Prezident, bu günlərdə parlamentin sədri Murtuz Ələsgərov nazirləri Nizami Qocayevlə bağlı qanunsuzluqlara və cinayətə yol verməkdə ittiham etmişdi. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Siz bu mövzunu o qədər çeynəmisiniz, yazıq Murtuz Ələsgərovu televiziyada o qədər göstərmisiniz ki... Mənə belə gəlir ki, hər şey məlumdur.

SUAL: Cənab Prezident Siz xarici iş adamları ilə də görüşəcəksiniz?

Bu görüşdən məqsəd nədir?

CAVAB: Görüşəcəyəm. Məqsəd yenə eynidir.

Sağ olun.

X x x

Azərbaycan Prezidenti Heydər Əliyevi Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət nümayəndələri yola saldılar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa