Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 21-də Prezident sarayında İranın Bakıdakı səfiri Əhəd Qəzaini qəbul etmişdir. 

Respublikamızın rəhbəri Heydər Əliyev səfirlə hal-əhval tutaraq dedi ki, İrana nəzərdə tutduğu səfəri may ayında, münasib vaxtda həyata keçirəcəkdir. Beləliklə həm Azərbaycan, həm də İran əməkdaşlıq sahəsində irəliyə gedəcəkdir.

Dövlətimizin başçısı bildirdi ki, indi isə məqsədimiz Xəzəryanı dövlətlərin başçılarının Aşqabad görüşündə iştirak etməkdir. İran Prezidentinin də iştirak edəcəyi bu görüşün Xəzər dənizində əməkdaşlıq sahəsində yeni mərhələ açacağına ümid etdiyini söyləyən Prezident Heydər Əliyev dedi ki, Xəzəryanı ölkələr sıx əməkdaşlıq etməli və Xəzər dostluq, mehriban qonşuluq və səmərəli əməkdaşlıq dənizi olmalıdır. Xəzərdə heç bir dövlət digərinə hədə-qorxu gəlməməli, zor işlətməməlidir. Bütün məsələlər beynəlxalq hüquq normaları və Xəzər dənizində yaranmış təcrübə əsasında həll olunmalıdır.

Səfir Prezident Xatəminin ikitərəfli görüşlər keçirmək üçün Aşqabada bir qədər tez gedəcəyini vurğuladı.

Prezident Heydər Əliyev bildirdi ki, Aşqabadda Azərbaycan və İran Prezidentlərinin də təkbətək görüşləri olacaqdır.

Dövlətimizin başçısı daha sonra səfirə müraciətlə dedi ki, siz bizim bəzi qəzetlərdə dərc edilmiş materiallar haqqında narazılığınızı bildirmisiniz. Mən bunu başa düşürəm. Ancaq sizinlə söhbətdə dedim və indi də bildirmək istəyirəm ki, qəzetlərdə yazılanlar Azərbaycanın dövlət siyasətinə aid deyildir. Bu, ayrı-ayrı alimlərin, jurnalistlərin, şəxslərin fikirləridir. Onlar da bunu vaxtaşırı deyirlər. Bəzi qəzetlərdəki bu yazılara mən öz münasibətimi bildirdim. Bildirdim ki, həmin xəritəni dərc etməklə və xüsusən o xəritədə Təbriz şəhərinin üzərində müstəqil Azərbaycanın bayrağını verməklə onlar səhv edirlər. Bu ağılsızlıqdan əmələ gələn şeydir. İran bütöv dövlətdir. Azərbaycan da əsas prinsip kimi, hər bir dövlətin ərazi bütövlüyünü müdafiə edir. Çünki Azərbaycanın özünün ərazi bütövlüyü pozulubdur.

Prezident Heydər Əliyev xatırlatdı ki, Azərbaycan neçə vaxtdır separatçı qüvvələrlə mübarizə aparır. Dağlıq Qarabağın üzərində hansısa başqa bir dövlətin bayrağının olmasını Azərbaycan heç vaxt qəbul edə bilməz. Doğrudur, onlar indi özlərinə uydurma bir “cümhuriyyət” yaradıblar, “bayraq” yaradıblar. Amma heç kəs, heç bir ölkə bunları tanımır. Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini rəsmi tanımayıbdır. Sadəcə, müharibə gedibdir, döyüşlər olubdur. Ermənistanın silahlı qüvvələri bəzi səbəblərdən Azərbaycan ərazisinin bir qismini işğal ediblər. Birinci növbədə Dağlıq Qarabağı işğal ediblər. Biz bununla razılaşmırıq və razılaşmayacağıq da. Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin edəcəyik. Azərbaycanın bütün ərazisində dövlətimizin suverenliyi bərpa olunacaqdır.

Azərbaycan Prezidenti dedi ki, öz problemlərimizi həll etmək əvəzinə, indi bəzi adamlar dünyanın bir çox məsələlərini həll etmək istəyirlər.

Harada nə olub, hansı dövlət olub, nə cür olubdur - bunlar keçmişdə qalıbdır. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan vaxtilə Rusiyanın, sonra isə Sovetlər İttifaqının tərkibində olubdur. Nəhayət, on il bundan əvvəl ölkəmiz müstəqillik əldə edibdir. İndi müstəqil Azərbaycan var. İranda da Şərqi Azərbaycan var, Qərbi Azərbaycan var. Onlar İranın ostanları, yəni əyalətləridir. Buna heç kəsin şübhəsi yoxdur və ola da bilməz. Qəzetlərdəki həmin yazıların müəllifləri İran-Azərbaycan əlaqələrinə zərər gətirirlər. Biz çalışmalıyıq ki, əlaqələrimizi qoruyaq və əməkdaşlığımızı möhkəmləndirək. İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımışdır və indi də tanıyır. Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. İranın heç bir bölgəsinə heç kəsin iddiası ola bilməz.

Səfir Əhəd Qəzai dedi ki, iki ölkə arasında münasibətlərə xələl gətirən belə hallara kimlərsə bilərəkdən, bəziləri isə dərk etmədən yol verirlər. İranla Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərini istəməyənlər isə bundan istifadə edirlər. Diplomat belə hallara münasibətini açıqladığına görə dövlətimizin başçısına bir daha təşəkkür edərək dedi ki, bunu öz ölkəsinin rəhbərliyinə çatdıracaqdır.

İranin xarici işlər nazirinin ölkəmizə qısamüddətli səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə, digər rəsmi şəxslərlə görüşlərindən onun razı qaldığını vurğulayan Əhəd Qəzai əmin etdi ki, səfir kimi o, İranla Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün əlindən gələni edəcəkdir.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə və Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO