AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NATO BAŞ KATİBİNİN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 7-də Prezident sarayında NATO baş katibinin elm və ətraf mühit məsələləri üzrə müavini, alyansın Elm komitəsinin sədri Jan Fürneni qəbul etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev qonağı salamlayaraq, onun respublikamızda ekologiya məsələləri ilə məşğul olması, burada həyata keçirilən böyük proqramda iştirak etməsi barədə məlumatı olduğunu vurğuladı.
Səmimi qəbul üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirən cənab Jan Fürne bu görüşü özü üçün şərəf saydığını bildirdi. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla birlikdə Xəzərdə ətraf mühitin qorunmasına dair seminarda iştirak etdiyini söyləyən qonaq dedi ki, bu seminar Xəzəryanı ölkələr və Xəzər hövzəsinə yaxın olan dövlətlər, hətta regiondan uzaqda olan ölkələr üçün də böyük maraq doğurur.
Məşğul olduğu işlərin elm adamlarını, ekspertləri bir yerə yığmaq, onları yaxınlaşdırmaq məqsədi daşıdığını deyən Jan Fürne ənənəvi olaraq təhlükəsizlik problemləri ilə məşğul olan NATO çərçivəsində digər əməkdaşlıq üsulunun da təklif edildiyini nəzərə çarpdırdı.
Cənab Jan Fürne dedi ki, Bakıya gəlməzdən əvvəl ekspertlərlə söhbət etmiş və Azərbaycanda NATO ilə əməkdaşlığa, xüsusən siyasi sahədə əlaqələrə böyük maraq göstərildiyini bilirdi. Buraya gəldikdən sonra isə onun məşğul olduğu sahəyə Azərbaycanda maraq olduğunu öyrəndi.
Biz eyni zamanda, Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarına yaxın gələcəkdə Türkiyənin rəhbərlik edəcəyindən qürur hissi duyuruq”.
Səfər Əbiyev Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə toxunaraq vurğulamışdır ki, bu ildən Bakı-Tbilisi-Ceyhan neft və bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası başlanır. Bu kəmərlər yalnız Azərbaycan və Türkiyə üçün deyil, həmçinin Asiya və Avropa dövlətləri üçün də böyük əhəmiyyət daşıyır. Dünyada və Qafqaz regionunda cərəyan edən hadisələr Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha əsaslı və səmərəli müqavilə bağlanması zəruriyyəti yaradır.
Səmimi qəbula və Azərbaycan-Türkiyə əlaqələrini yüksək qiymətləndirdiyinə görə Səbahəddin Çakmakoğlu Səfər Əbiyevə təşəkkür edərək bildirmişdir ki, biz qarşılıqlı əlaqələrimizi böyük türk millətinin iki dövləti kimi qurur və bu istiqamətdə də siyasət yürüdürük.
Sonra S.Çakmakoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təhsil sistemində yüksək nailiyyətlərin olduğunu vurğulayaraq demişdir: “Azərbaycan Silahlı Qüvvələri sülhü qorumaq üçün döyüşə biləcək qədər güclü olmalı və qalib gəlməyi bacarmalıdır. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da hərtərəfli inkişaf etdiriləcəkdir”.
S.Çakmakoğlu Türkiyə-Azərbaycan siyasi-iqtisadi-ticarət əlaqələrinə toxunaraq bildirmişdir ki, Xəzərin zəngin karbohidrogen ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsi ilə Türkiyədən Qərbə ötürülməsinə Azərbaycanın dəstək verməsi Türkiyənin zənginliyini artırır.
O, PKK terroru ilə mübarizədə Azərbaycan xalqının həmişə Türkiyənin yanında olduğunu vurğulayaraq demişdir: “Bu vaxta qədər biz Azərbaycan üçün, Azərbaycan isə bizim üçün hər şey etmişdir. Bundan sonra da belə olacaqdır”.
Türkiyənin müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, ermənilərin qisasçılıq hissləri bizə yaxşı məlumdur. Birinci dünya savaşında Türkiyə dövlətinə xəyanətləri nəticəsində təhlükəsiz yerə köçürülmələrini onlar bu gün “soyqırımı” kimi qələmə verirlər... Bu gün Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal etmişdir. Biz Azərbaycan torpağının bir qarışının da Ermənistana verilməməsinin tərəfdarıyıq. Bu məsələnin həllində Azərbaycan hansı qərarı qəbul etsə, biz onu dəstəkləyəcəyik”.
Görüşdə Türkiyə Respublikasının Bakıdakı səfirinin birinci müavini cənab Gürsel Evren və Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi, briqada generalı Ümid Kalender iştirak etmişlər.