Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PAKİSTAN SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 23-də Prezident iqamətgahında Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul etmişdir.

Səfir  Faiz Məhəmməd Xoso öz etimadnaməsini təqdim edərək dedi:

- Zati-aliləri cənab Prezident, Pakistan İslam Respublikasının Azərbaycanda səfiritəyin olunmağımı təsdiq edən etimadnaməni böyük şərəf və məmnuniyyət hissi ilə Sizə təqdim edirəm.

Cənab Prezident, öncə ölkəmizin Prezidenti  general Müşərrəfin salamlarını sizə yetirirəm. O, Sizə möhkəm cansağlığı və səadət arzulayır.

Məlumdur ki, Pakistan ilə Azərbaycan arasındakı münasibətlər çox dərin tarixə malikdir. Kommersiya və mədəniyyət məqsədləri ilə iki ölkənin xalqları uzun əsrlərdir ki, bir-birilə əlaqədədirlər. Bakının mərkəzində “Multan karvansarası” deyilən bir yer vardır. Bu, Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin tarixindən xəbər verir. Bakı əhalisi bu karvansaraya  Pakistanda olan eyniadlı şəhərin adını vermişdir.

Bakıya gəldiyim ilk gündən burada özümü qərib ölkədə yox, evimdəki kimi hiss edirəm. İki islam ölkəsinin tarixləri və mədəniyyətləri arasında çox oxşarlıqlar görürəm. Bizim ənənələrimizdə, adətlərimizdə çoxlu ümumi, oxşar cəhətlər vardır. Eyni zamanda, urdu dilində və Azərbaycan dilində çoxlu oxşar sözlər vardır. Cənab Prezident, Pakistan xalqı 1995-ci ili, Pakistan Prezidentinin Azərbaycana və 1996-cı ildə Zati-alinizin Pakistana olan tarixi səfərlərini heç vaxt unutmayacaqdır. Bu səfərlər iki qardaş ölkə arasında münasibətləri daha da möhkəmləndirmişdir. Eyni zamanda, Pakistan və Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvləridirlər. Biz İslam Konfransı Təşkilatının üzvüyük. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz beynəlxalq aləmdə, beynəlxalq məsələlərin çözülməsində birlikdə, bir səslə çıxış edirlər.

Cənab Prezident, böyük məmnuniyyətlədemək istəyirəm ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı həmişə dəstəkləmişdir. Pakistanın isə Dağlıq Qarabağ məsələsinə münasibəti çoxdan məlumdur. Pakistanın və Azərbaycanın bu iki məsələ üzrə mövqeyi Birləşmiş Millətlər Təşkilatının məlum qətnamələri tərəfindən dəstəklənir.

Zati-aliləri, Sizin gözəl ölkənizdə səfirlik müddətindəəlimdən gələni edəcəyəm ki, ölkələrimiz arasında münasibətlər daha da yaxınlaşsın, əlaqələrimiz daha da sıxlaşsın. Missiyamın uğurla başa çatması üçün Zati-aliləriniizin məsləhətlərinə və tövsiyələrinə ümid edirəm.

Möhtərəm cənab Prezident, Sizə cansağlığı, xoşbəxtlik  və uzun ömür arzulayıram.

Yaşasın Pakistan-Azərbaycan dostluğu! Sağ olun.

Azərbaycan Prezidenti Heydər Əliyev səfirə müraciətlə dedi:

- Hörmətli cənab səfir!

 Sizi Pakistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və işinizdə uğurlar arzulayıram.  Xalqlarımız arasında qədim tarixi ənənələr, qədim tarixi əlaqələr və bəzi hallarda bir çox dərin köklər vardır. Bizim mənəvi, dini dəyərlərimizin də bir-birinə oxşarlığı çoxdur. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyə qədər, yəni on il ərzində Pakistan ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr ardıcıl surətdə inkişaf edibdir.

Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Bundan sonra bizim aramızda diplomatik əlaqələr yaranıbdır, səfirliklər yaranıbdır və beləliklə dəəməkdaşlığımız indi artıq yüksək səviyyədədir. Biz bunu özümüz üçün çox əhəmiyyətli hesab edirik.

        Pakistan dünyanın və xüsusən Asiyanın böyük və qüdrətli ölkələrindən biridir. Pakistan ilə Azərbaycan arasında bilavasitəəməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlarda da əməkdaşlığımız çox uğurludur. Bizim rastlaşdığımız problemlər də bir-birinə oxşardır. Sizdə Kəşmir problemi, Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi vardır. Siz də, biz də bu məsələləri həll etməyə çalışırıq. Ölkələrimizin ərazi bütövlüyünü bərpa etmək istəyirik. Mən məmnunam ki, bu sahədə biz çox sıx əməkdaşlıq edirik. Birləşmiş Millətlər Təşkilatında bu barədə eyni fikirdəyik. Azərbaycan Pakistanın Kəşmirləəlaqədar problemlərində həmişə Pakistan tərəfindədir.   Təşəkkür hissi ilə bildirmək istəyirəm ki, Pakistan da bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında, onun Təhlükəsizlik Şurasında Azərbaycan ilə Ermənistan arasında olan münaqişədə Azərbaycanın tərəfindədir.

        Separatizm hər bir dövlət üçün təhlükəlidir. Təəssüflər olsun ki, Pakistan da, Azərbaycan da bu separatizm hərəkəti ilə rastlaşıbdır və bu da bizim ölkələrimizə böyük zərər veribdir. Separatizm eyni zamanda beynəlxalq terrorizmin, dini ekstremizmin meydana çıxmasının səbəblərindən biridir. Biz bunlarla da ciddi mübarizə aparırıq. Güman edirəm ki, bu sahədə də bizim əməkdaşlığımız uğurlu olacaqdır.

        Mən Pakistanın Prezidentinin 1995-ci ildə Azərbaycana olan rəsmi səfərini, apardığımız danışıqları, imzaladığımız sənədləri böyük məmnuniyyətlə xatırlayıram. Eyni zamanda, 1996-cı ildə  Pakistan Prezidentinin dəvəti iləmənim Pakistana rəsmi səfərimi, orada keçirdiyim çox uğurlu görüşləri və danışıqları, imzaladığımız sənədləri xatırlayaraq, İslamabad şəhəri ilə tanışlığımı və gözəl xalqınızla görüşlərimi, İslamabaddan əlavə, Lahor ilə də tanışlığımı xatırlayıram.

Bizim bu əlaqələrimiz davam edir və İslam Konfransı TəşkilatınınTehranda keçirilən iclası çərçivəsində mən cənab Pərviz Müşərrəf ilə görüşüb çox əhəmiyyətli danışıqlar apardım. Cənab Pərviz Müşərrəfin Prezident seçilməsi münasibətilə də onu təbrik etdim və ona bu işdə uğurlarımı arzuladım.

Güman edirəm, Azərbaycanda Pakistanın səfiri kimi siz bu əlaqələrimizin daha da genişlənməsi, inkişaf etməsi üçün qarşınızda duran vəzifələri uğurla yerinə yetirəcəksiniz. Bizim ölkəmizdə həmişə dostluq və mehribanlıq əhatəsində olacaqsınız. Azərbaycanın bütün hakimiyyət orqanları iləəlaqələr yaratmaq və ikitərəfli Pakistan-Azərbaycan münasibətlərini inkişaf etdirmək üçün bütün səylərinizə ölkəmizdə böyük hörmət və ehtiram göstəriləcəkdir. Sizi bir daha təbrik edirəm, işinizdə uğurlar arzulayıram.

 

                x                     x                    x

 

Azərbaycan Prezidenti Heydər Əliyev Faiz Məhəmməd Xoso ilə xatirə şəkli çəkdirdi.

Sonra dövlətimizin başçısı ilə Pakistan səfiri arasında səmimi söhbət oldu.

Prezident Heydər Əliyev  səfirə müraciətlə dedi:

- Güman edirəm ki, indi ölkənizdə sabitlik yaranıbdır.

Faiz Məhəmməd Xoso: Bəli, cənab Prezident, həqiqətən bizim ölkəmizdə artıq sabitlik yaradılmışdır. İndi Prezidentimiz ölkədə struktur dəyişiklikləri ilə məşğuldur.

Heydər Əliyev: Bəli, hər bir ölkə üçün daxili ictimai-siyasi sabitlik çox vacibdir. Biz, Azərbaycanda bu cür məsələlərlə rastlaşmışıq. Azərbaycanda bir neçə il ərzində daxili vəziyyət, ictimai-siyasi vəziyyət sabit olmamışdır. Ona görə də bunun nə qədər ağır, nə qədər çətin olduğunu dərk edirik. Yəni biz bu yolu keçmişik və bilirik ki, əgər ölkədə ictimai-siyasi vəziyyət sabitləşdirilməsə, nə struktur dəyişiklikləri aparmaq, nə də dövlətin inkişafı və ölkənin inkişafı üçün başqa əhəmiyyətli tədbirlər görmək olar.

Biz dost olaraq sizin ölkədə gedən proseslərə çox diqqətlə münasibət göstəririk. Bəzi çətinlikləriniz meydana çıxanda, biz də sizin kimi narahat oluruq. Ancaq şükürlər olsun ki, son vaxtlar siz bunları aradan qaldıra bilmisiniz.

        Mənim salamlarımı vəən xoş arzularımı Prezident cənab Pərviz Müşərrəfə çatdırın. Güman edirəm ki, onun da Azərbaycana səfəri həyata keçiriləcəkdir.

        Faiz Məhəmməd   Xoso: Zati-aliləri, əlbəttə, bu görüşdən dərhal sonra Sizin bu sözlərinizi birbaşa Prezidentə çatdıracağıq. Məlum olduğu kimi,  o, Sizin səmimi dəvətinizi artıq qəbul etmişdir, Azərbaycana gəlmək əzmindədir. Mənim işim isə ondan ibarət olacaqdır ki, burada işlədiyim müddətdə mümkün qədər tez bir zamanda Prezidentimizin Azərbaycana səfərini təşkil edim.

Heydər Əliyev: Bəli, mən onu dəvət etmişəm. Cənab Müşərrəf də mənim dəvətimi qəbul edibdir. Sadəcə, indi bunun üçün hər iki tərəfdən ötrüəlverişli bir vaxt müəyyən etmək lazımdır.

Faiz Məhəmməd Xoso: Cənab Prezident, Sizin  1996-cı ildə Pakistana səfərinizi çox gözəl xatırlayıram. O zaman, 1996-cı ilin aprelində mən orada idim. Bu, Pakistana ilk tarixi səfəriniz idi. Ölkələrimiz arasında mövcud olan əlaqələr ondan sonra daha da möhkəmləndi. Qəti əminəm ki, növbəti səfər, Azərbaycana olacaq səfər ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcəkdir.

Heydər Əliyev: Bəli, mən dəhəmin səfərimi çox  yaxşı xatırlayıram. Çox uğurlu keçdi. Həm İslamabad ilə, həm də Lahor ilə yaxından tanış oldum. İslamabadın yaxınlığında böyük bir sənaye müəssisəsi ilə də tanış oldum. Eyni zamanda şəhəri də gəzdim. Orada gözəl bir bağ var. O bağda Pakistan müstəqillik əldə edəndən sonra ölkənizi ziyarət edən dövlət başçılarının, görkəmli dövlət xadimlərinin, siyasi xadimlərin əkdikləri ağaclar var. O cümlədən mən də bir ağac əkdim. Gərək ki, nömrəsi ya 73-dür, ya da 83-dür. Güman edirəm, o ağacı da qoruyursunuz.

Faiz Məhəmməd Xoso: Bəli, cənab Prezident, Sizin əkdiyiniz ağac bizim dostluğumuzun nümunəsidir. Pakistan ilə Azərbaycan dost ölkələrdir. Biz qardaş ölkələrik və hər ikisi inkişafda olan ölkələrdir.

Biz bir sıra sahələrdəəməkdaşlıq edirik. Siyasi sahədəəməkdaşlığımız olduqca yüksək səviyyədədir, əla səviyyədədir. Dünya durduqca bizim bu əlaqələrimiz də davam edəcəkdir.      

Cənab Prezident, təəssüfedici faktdır ki, kommersiya və iqtisadi əlaqələr siyasi əlaqələr kimi yuxarı səviyyədə deyil. Mən burada işlədiyim müddətdə çalışacağam ki, kommersiya və iqtisadi əlaqələri siyasi əlaqələr səviyyəsinə çatdırım.

Heydər Əliyev: Bunu doğru deyirsiniz. Siz də çalışmalısınız və biz də çalışmalıyıq ki, iqtisadi əlaqələri daha da yüksək səviyyəyə qaldıraq.

Etimadnamənin təqdim olunmasında Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO