Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERAL MƏCLİSİ FEDERASİYA ŞURASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev mayın 24-də Prezident sarayında onun dəvəti ilə ölkəmizə səfərə gəlmiş Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Seygey Mironov başda olmaqla Ferasiya Şurasının nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev qonaqları salamlayaraq, Rusiya parlamenti üzvlərinin Azərbaycanda olduqları qısa müddətdə bir sıra faydalı görüşlər keçirməsindən xəbərdar olduğunu bildirdi. Respublikamızın rəhbəri Azərbaycan xalqının slavyan mədəniyyətinə, rus dilinə məhəbbətinin nümunəsi olan Bakı Slavyan Universitetinin fəxri doktoru adına layiq görülməsi münasibətilə Sergey Mironovu təbrik etdi.

Azərbaycan Prezidenti Federasiya Şurasının başçısına müraciətlə dedi ki, Sergey Mironovun vaxtilə hərbi xidmətdə olduğu Gəncə şəhərini özünün səfər proqramına daxil etməsi onu müsbət cəhətdən səciyyələndirir.

Sergey Mironov Azərbaycana dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi. O, Rusiya nümayəndə heyətinin mehribanlıqla qarşılandığı Milli Məclisdə keçirilmiş görüşlərdən məmnun qaldığını da bildirdi.

Sergey Mironov vurğuladı ki, Bakı Slavyan Universitetində keçirilmiş görüş, Rusiyaya məhəbbət və dostluq hisslərinin səmimiyyətlə izhar edilməsi ona unudulmaz təsir bağışladı. Federasiya Şurasının başçısı dini konfessiyaların rəhbərləri ilə keçirilmiş görüşdən danışaraq, Azərbaycanda aparılan milli siyasəti müdrik siyasət adlandırdı.

O dedi, Rusiya parlamentinin üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Sergey Mironov xiyabanın xatirə kitabında yazdığı bu sözləri sitat gətirdi: “Siyasətçilərin səhvləri üzündən öz ölkəsinin yüzlərlə günahsız vətəndaşının güdaza ğetməsi dəhşətli bir haldır. Mən Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm”. O bildirdi ki, Azərbaycan paytaxtında olduğu qısa müddətdə bu şəhər özünün səliqə-sahmanı, habelə sakinlərin səmimi münasibəti ilə ona və həmkarlarına yaxşı təsir bağışlamışdır.

Sergey Mironov bəyan etdi ki, Federasiya Şurası başçısının sədrliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan parlamentləri rəhbərlərinin Sankt-Peterburqda qapalı formatda görüşünü keçirmək barədə onun irəli sürdüyü təşəbbüsü Milli Məclisin sədri bəyənmişdir. Həmin təşəbbüsü Gürcüstan və Ermənistan parlamentlərinin başçıları da dəstəkləmişlər. Nəzərdə tutulduğuna görə, belə görüşlər rübdə bir dəfə növbə ilə Qafqaz ölkələrinin paytaxtlarında keçiriləcəkdir. Belə görüşlərn keçirilməsindən əsas məqsəd parlamentlərarası əlaqələri inkişaf etdirmək və regiondakı münaqişələrin nizama salınması prosesində ölkələrin rəhbərlərinə kömək göstərməkdir.

Sergey Mironovun sözlərinə görə, Rusiyanın prinsipial mövqeyi ondan ibarətdir ki, Qarabağ probleminin tənzimlənməsi yalnız iki ölkənin mənafelərinin gözlənilməsi şərti ilə mümkündür. Rusiya maksimum kömək etməyə və lazım gələrsə, hər hansı razılaşmaların təminatçısı olmağa hazırdır. O, qapalı formatda görüşün səmərəliliyini bununla bağladı ki, o, məhdud tərkibdə keçiriləcək və formal xarakter daşımayacaqdır.

Prezident Heydər Əliyev qonağın belə bir fikri ilə razılaşdı ki, nümayişkaranə xarakter daşıyan və nümayəndə heyətlərinin, müşayiət edən şəxslərin, televiziya işçilərinin iştirakı ilə keçirilən görüşlər Qafqazın mürəkkəb və kəskin məsələlərinin həlli kimi məsələdə çətin ki, konkret nəticələr versin. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, bu münaqişə son dərəcə mürəkkəbdir, özü də məhz ona görə mürəkkəbdir ki, ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, bütün azərbaycanlıları oradan didərgin salmışlar, - indi onlar çox ağır şəraitdə yaşayırlar, - və həmin əraziləri işğal altında saxlayaraq, Dağlıq Qarabağa müstəqillik statusu verilməsini və ya onun Ermənistana birləşdirilməsini tələb edirlər. Prezident Heydər Əliyev bəyan etdi ki, Azərbaycan bununla razı deyildir və bu məsələ Ermənistanın qeyri-konstiruktiv mövqeyi üzündən həll olunmur. ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üzərində 10 ildən çoxdur işləyir. Son illər Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Corc Buşun, Fransa Prezidenti Jak Şirakın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında bir sıra görüşlər, o cümlədən təkbətək görüşlər keçirilmiş, lakin bütün bu görüşlər bir nəticə verməmişdir.

Azərbaycan Prezidenti təcavüzkar separatizmdən danışaraq vurğuladı ki, dünyada heç bir ölkə öz ərazisinin bir hissəsinin ondan qoparılması ilə razılaşa bilməz. Dövlətimizin başçısı bununla əlaqədar Rusiyanı misal göstərərək dedi ki, məgər Rusiya öz ərazisinin hər hansı bir hissəsinin kiməsə verilməsi ilə razılaşa bilərmi? Neçə vaxtdır Çeçenistanda müharibə gedir, şübhəsiz ki, orada terrorçular var və beynəlxalq terrorizmlə mübarizə gedir. Bununla belə, bütün bunların əsas səbəbi odur ki, çeçenlər müstəqillik tələb edirdilər. Onlar hətta bir vaxtlar öz respublikasını yaratmış və onu İçkeriya adlandırmışdılar. Onlar dünyanın başqa dövlətləri ilə əlaqə saxlamağa başladılar, ancaq Rusiya bununla razılaşmadı və düz də etdi. Mən Rusiyanı dəstəkləyirəm”.

Prezident Heydər Əliyev daha sonra vurğuladı ki, Ermənistanla Azərbaycan arasında münaqişədə də söhbət Dağlıq Qarabağ tərəfindən təcavüzkar separatizmdən gedir və Ermənistan bu separatizmi lap əvvəldən dəstəkləmişdir. Sonra Ermənistan bu proseslərin bilavasitə iştirakçısı və münaqişə tərəfi oldu, Azərbaycanla müharibə apardı.

Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycanın ərazisi toxunulmaz olmalı, ölkənin pozulmuş ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan Ermənistan ərazisinin heç bir hissəsinə göz dikməyibdir. Mayın 12-də Praqada Azərbaycan və Ermənistan prezidentləri nümayəndələrinin görüşü keçirildi, iki prezidentin yaxın vaxtlarda görüşü haqqında razılaşma əldə etmək lazımdır. Azərbaycan Prezidenti bildirdi ki, münaqişə həll olunmadan Ermənistanla əməkdaşlıqdan danışmaq qeyri-mümkündür.

Prezident Heydər Əliyev ilkin mərhələdə Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə Xəzəryanı ölkələrin Parlamentlərarası Assambleyasının yaradılmasına dair Sergey Mironovun təklifi barədə öz fikrini söyləyərək dedi ki, təşəbbüs diqqətəlayiqdir, lakin bu, həmin formatdan kənarda qalan dövlətləri təcrid edə bilər, bu isə mövqelərin yaxınlaşmasına imkan verməyəcəkdir. Azərbaycan Xəzərin statusu məsələsinin bütün Xəzəryanı ölkələrin birgə səyləri ilə həll olunmasını istəyir.

Görüşün sonunda Sergey Mironov dövlətimizin başçısına xatirə olaraq kitab təqdim etdi. Sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya nümayəndə heyətinin üzvləri xatirə şəkli çəkdirdilər.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov qəbulda iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO