Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYANIN “İTERA” QAZ ŞİRKƏTİNİN PREZİDENTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev avqustun 28-də Prezident sarayında Rusiyanın “İtera” qaz şirkətinin prezidenti İqor Makarovu qəbul etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev qonağı səmimiyyətlə qarşılayaraq dedi:

 - İqor Viktoroviç, Sizi Azərbaycanda salamlayıram! Sizin şirkətinizlə Azərbaycan arasında  yaxşı kommersiya münasibətləri yaranmışdır və mən bunu müsbət amil kimi qiymətləndirirəm. Təəssüf ki, əvvəllər sizinlə əməkdaşlıq etməmişik, ancaq mən belə hiss edirəm ki, siz genişlənməklə öz fəaliyyətinizin coğrafiyasını da genişləndirirsiniz. Ona görə Azərbaycana da gəlib çıxmışsınız. Mənə elə gəlir ki, biz daha səmərəli əməkdaşlıq etməliyik və görünür, onu  bundan sonra da davam etdirməyin mənası var. Gərək ki, Siz Azərbaycana ilk dəfə gəlmirsiniz, lakin biz Sizinlə birinci dəfə  görüşürük, ola bilsin əvvəllər də görüşmüşük,  bilmirəm...

        İqor Makarov:  Vladimir Vladimiroviç Putin buraya gələndə, mən nümayəndə heyətində idim.

        Heydər Əliyev: Üzr istəyirəm ki, Siz yadımda qalmamısınız.

        İqor Makarov: Onda adam çox idi.

        Heydər Əliyev: Deməli, Siz Azərbaycanabələdsiniz. Mən Sizi dinləyirəm.

        İqor Makarov: Heydər Əliyeviç, qəbula görə sağ olun. Şirkətimizə verdiyiniz qiymətə görə sağ olun. Ölkə Prezidentinin verdiyi qiymət bizim üçün yüksək tərifdir. Biz bundan sonra da çalışacağıq ki, belə qiymətlər alaq. Fürsətdən istifadə edərək, şirkətimiz haqqında qısaca danışmaq istərdim, çünki bəzən mətbuatda bizim barəmizdə cürbəcür şayiələr yayırlar.

        2000-ci ilin yekunlarına görə, biz 92 milyard kubmetr qaz satmışıq. Biz satışın həcminə görə dünyada ikinci qaz şirkəti olmuşuq. Birinci yerdə Rusiyanın “Qazprom” Səhmdar Cəmiyyətidir, ikinci yerdə isə bizik. Mətbuatda tez-tez bildirirlər ki, biz “Qazprom”un qazını alıb satan şirkətik. Amma son vaxtlar bizdə aparılmış bütün yoxlamalar təsdiqləmişdir ki, balansımızda bu cəmiyyətin qazı yoxdur.“Qazprom”un bizim qaza əsla dəxli yoxdur. Düzdür, biz “Qazpromi”la münasibətlərimizi qiymətləndiririk, ancaq biz özəl müstəqil beynəlxalq şirkətik və öz qazımızı Rusiyanın şimalında - Yamalda çıxarırıq. Biz ildə 30 milyard kubmetr qaz hasil edirik. Gələn ilin birinci rübündə daha bir yatağı istifadəyə verəcəyik və hasilatı 40-42 milyard kubmetrəçatdıracağıq.

3-4 ildən sonra isə şirkətimiz 70 milyard kubmetrədək  qaz hasil etmək niyyətindədir. İndi balansımızda olan qaz özümüzündür, Özbəkistan, Qazaxıstan, Türkmənistan qazıdır. Bütün bunlar birlikdə ildə 90 milyard kubmetr təşkil edir. Necə deyərlər, keçmiş Sovet İttifaqının bütün ölkələrində işləyirik və qazın kiçik bir həcmini Avropaya göndərmək üçün

“Qazprom”a satırıq. “İtera” qrupuna 130 şirkət daxildir, dünyanın 24 ölkəsində işləyirik. Bundan başqa, plastik qab istehsalı müəssisələrimiz var, biz qazdan kimyəvi məhsul alır və ondan qab-qacaq istehsal edirik. Moskva vilayətində MDB-dəən böyük zavod tikmişik, Belarusda da müəssisəmiz var, Avropada ən iri qeyri-filiz materialları karxanamız var, o, Stavropol diyarındadır. İldə bir milyon ton metal istehsal edirik, Moldovada metallurgiya zavodumuz var, bu metalın 92 faizi Birləşmiş Ştatlara, Avropaya ixrac olunur. Bizim  Monqolustanda kiçik qızılçıxarma müəssisələrimiz var, amma fəaliyyətimizin əsasını energetika təşkil edir və kapital qoyuluşlarının 80 faizini həmin sahəyə yönəldirik. Son dörd ildə Rusiyaya 840 milyon dollar, keçmiş Sovet İttifaqının digər ölkələrinə, konkret olaraq, Ukraynaya 200 milyon dollar, Latviyaya 70 milyon dollar, Estoniyaya 20 milyon dollar sərmayə qoymuşuq. Bütün bu layihələr əsas etibarilə energetika sektoruna yönəldilmişdir. İndi biz  Belarusda və Moldovada energetika obyektlərinin özəlləşdirilməsinə dair böyük bir proqram hazırlayırıq, çünki anbarlarımzda yığılıb qalmış təxminən 7 milyard kubmetr qaz var. Biz bu qazı elektrik stansiyalarına göndərmək, elektrik enerjisi istehsal etmək və bu enerjini həm keçmiş Sovet İttifaqı respublikalarının, həm də Avropanın ərazisində satmaq niyyətindəyik.

        Biz Azərbaycana işləməyə gəlməyimizlə çox fəxr edirik. Bizi dəstəklədiyinizə görə sağ olun. İndi qeydiyyat işləri aparılır və biz öz nümayəndəliyimizi açırıq. Onu da demək istərdim ki, Azərbaycana qaz ixracını artırmağa hazırıq, əgər bu, maraq doğurursa,  buraya neft də göndərməyə və onu emal etməyə hazırıq, çünki biz Türkşmənistandan neft alırıq və onu emal edib satırıq, maye qaz göndərməyə, qaz anbarlarını yenidən qurmağa hazırıq. Bizim bunda böyük marağımız var. Çünki qaz biznesi qeyri-adi işdir: qaz yayda artıqlaması ilə olur, qışda isə çatışmır. Odur ki, anbarların olması bunu tarazlaşdırmağa çox kömək edir. Biz kredit hesabına bu anbarları yenidən qurmağa da hazırıq. Bilirəm ki, sizin anbarların tutumu böyük deyildir, lakin bunu texniki imkanlar daxilində

3-4 milyard kubmetrə çatdırmağa hazırıq. Strateji tərəfdaş kimi Azərbaycanda çox böyük marağımız var, Dövlət Neft Şikrəti ilə aramızda yaxşı münasibətlər yaranmışdır. Əgər Siz bizi dəstəkləsiniz, əməkdaşlığımızı bundan sonra da inkişaf etdirməyə hazırıq.

HEYDƏR ƏLİYEV: Sizi dinləmək maraqlı idi. Yeri gəlmişkən, mən şirkətinizin fəaliyyətinin miqyası barədə geniş təsəvvürə malik deyildim, onun haqqında ancaq eşitmişdim. Şirkətin belə böyük potensiala malik olması, qaz hasilatı və satışı üzrə dünyada ikinci yer tutması, bundan başqa, digər sahələrdə də iş görməyiniz iqtisadi əməkdaşlığın və iqtisadi münasibətlərin yeni sisteminə yaxşı nümunədir. Gör, özəl şirkət nə deməkdir! Məgər “Qazprom” özəl şirkət deyil?

        İQOR MAKAROV: Orada dövlətin təxminən 40 faiz payı var.

        HEYDƏR ƏLİYEV:  Bəs sizdə dövlətin payı yoxdur?

        İQOR MAKAROV: Yoxdur. Bizim şirkət 100 faiz özəl şirkətdir. 2-3 ildən sonra Nyu-York Fond Birjasına çıxmağa hazırlaşırıq. Bizdə illik dövriyə 5 milyard dollardan artıqdır.

        HEYDƏR ƏLİYEV: Mən sizin bu uğurlarınızı alqışlayıram, təbrik edirəm vəyenə təkrar edirəm ki, bunu keçmiş sovet məkanında yaranan yeni iqtisadi münasibətlərin nəticəsi kimi qiymətləndirirəm. Mən Moskvada işləmişəm, neft və qaz sahəsinə bələdəm. Yamal yatağı 70-ci illərin axırlarında kəşf edilib istismara verilmişdir. Həmyerlimiz məhrum Orucov qaz sənayesinə çox qüvvə sərf etmişdir. Siz onu xatırlayırsınızmı?

        İQOR MAKAROV: Əlbəttə, xatırlayırıq.

        HEYDƏR ƏLİYEV: Yeri gəlmişkən, onadək Qaz Sənayesi  Nazirliyi yox idi. O, neft sənayesi nazirinin birinci müavini idi, yadımdadır, dəfələrlə aktual məsələlər qaldırmışdı, MK-ya məktublarla müraciət edirdi, Brejnev onu iki dəfə qəbul etmişdi. Onda mən burada, Bakıda işləyirdim. Mən Moskvaya gedəndə, o, artıq dünyasını dəyişmişdi. Lakin o, əvvəllər burada tez-tez olurdu, öz təkliflərini mənimlə bölüşürdü. Onun maraqlı qeydləri vardı. O, məhz Şimalın və ondan o yana Şimal Buzlu okeanının sərvətlərinin mənimsənilməsinin zəruriliyindən danışırdı. Orada da böyük ehtiyatlar vardir. Mən bunların hamısını xatırlayıram. Amma o vaxtlar bir sistem idi, Qaz Kəmərləri Nazirliyi vardı, nazir keçmiş Tümen Vilayət Partiya Komitəsinin katibi  Şerbina idi, sonralar o, Nazirlər Soveti sədrinin müavini oldu. O vaxtlar bu, bir sensasiya idi ki, Sovet İttifaqı belə güclü qaz kəmərləri çəkmişdi və artıq Avropaya qaz göndərirdi. İndi işin keyfiyyəti başqa cürdür. Siz dünyada ən iri şirkətlərdənsiniz, özəl şirkətsiniz. Məsələn, mən hesab edirəm ki, Sovet İttifaqında olmuş o cür ehtiyatlara baxmayaraq, o sistem şəraitində səmərəli işləmək mümkün deyildi. Hərçənd, mən özüm ömrümün  neçə-neçə illərini o sistemə xidmətə həsr etmişəm.

        Cox şadam ki, şirkətiniz haqqında xeyli məlumat aldım. Əlbəttə, mənə deyəndə ki, sizinlə razılığa gəlmək və qaz göndərilməsi haqqında saziş bağlamaq zəruri və mümkündür, mən əvvəlcə şübhə etdim və düşündüm ki, - axı, biz özümüz də qaz hasil edirik, doğrudur, bu azdır, özümüzə çatmır, - qaz alacağıq, ancaq onun haqqını ödəmək lazım gələcəkdir. Lakin sonra biz razılığa gəldik və bu, mümkün oldu. Mən cədvəllərə baxdım və gördüm ki, bu il bizə 3 milyard kubmetr qaz göndərilmişdir, gələn il isə 4 milyard kubmetr göndərilməsi planlaşdırılır. Bu, bizim üçün böyük dəstəkdir, böyük köməkdir. Bilirsiniz ki, biz özümüz Qərb şirkətləri ilə birlikdə iri “Şahdəniz” qaz yatağını kəşf etmişik. Biz hələlik işləyirik, qaz hasil edəcəyik, bunun üçün vaxt lazımdır. Indi isə tələbatımızı həm də siz ödəyirsiniz. Ona görə də mən sizi alqışlayır, təbrik edirəm, sizinlə münasibətlərimizi hər iki tərəf üçün çox faydalı hesab edirəm və onların daha da genişləndirilməsini dəstəkləyirəm.

        İQOR MAKAROV: Bunun üçün bütün gücümüzü sərf  edəcəyik. Biz sərmayə qoymağa hazırıq. Bu, bizim üçün strateji cəhətdən vacibdir. Odur ki, əməkdaşlığımızı genişləndirəcəyik.  Gürcüstandan keçən qaz kəmərinin çəkilişində sizinlə birlikdə iştirak edə bilərik. Biz artıq 8 ildir Gürcüstana qaz göndəririk. Buna görə də bizim orada iş təcrübəmiz var, əl-ələ verib səylərimizi birləşdirə bilərik. Birlikdə işləməyə vəəməkdaşlığımızı inkişaf etdirməyə çox şad olarıq.

        HEYDƏR ƏLİYEV: Qaz anbarlarımızın genişləndirilməsinə gəldikdə, hesab edirəm ki, bu, bizim üçün çox vacibdir. Zənnimcə, siz bizim adamlarla razılığa gələcəksiniz. Mən bu işi alqışlayıram. Bu anbarlar 70-ci illərdə tikilmişdir. Xatirimdədir, mən burada işləyəndə  16 milyard kubmetr qaz çıxarır və bütün respublikanı qazla təmin edirdik. Amma tədricən qıtlıq hiss edirdik və ona görə də bu qaz anbarlarını tikməyə başladıq. Bir sözlə, əməkdaşlığımız baş tutsa, mən buna çox şad olaram.

        Qəbulda Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO