AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV VAŞİNQTONA GƏLMİŞDİR
Amerka Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun dəvəti ilə fevralın 23-də Vaşinqtona işgüzar səfərə gedən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün yolüstü Londonda dayanmışdır.
Dövlətimizin başçısını Stensted hava limanında Sevil xanım Əliyeva və Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov qarşıladılar.
Prezident Heydər Əliyev Londondan Birləşmiş Ştatlara yola düşdü.
X X X
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün Vaşinqtona gəldi.
Dövlətimizin başçısını ABŞ paytaxtının “Endrüs” hərbi hava limanında Dövlət departamentinin yüksək vəzifəli əməkdaşları, hava limanının komandanı general Qlen Spiars, Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev və ölkəmizin BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev səmimiyyətlə qarşıladılar.
Azərbaycan Prezidenti Heydər Əliyev maşın karvanının müşayiəti ilə Vaşinqtonda onun üçün ayrılmış iqamətgaha - “Fermont” mehmanxanasına gəldi.
Əsgər İbrahimov,
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbirləri
Vaşinqton