Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-IN ENERGETİKA NAZİRİ İLƏ GÖRÜŞÜ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 25-də, onun üçün ayrılmış iqamətgahda - “Fermont” mehmanxanasında ABŞ-ın energetika naziri Spenser Abrahamı qəbul etmişdir. 

Dövlətimizin başçısı ilə yenidən görüşməsindən böyük məmnunluq duyduğunu bildirən ABŞ-ın energetika naziri dedi ki, biz hamımız Sizi Vaşinqtonda salamlayırıq və bu qəbula görə Sizə minnətdarlığımızı bildiririk. Biz Sizinlə görüşərkən özümüzü çox xoşbəxt hiss edirik və səfərinizdə Sizə uğurlar arzulayırıq. Prezident Buş və vitse-prezident Çeyni Sizinlə görüşü səbirsizliklə gözləyirlər və bizim hamımız Sizin Vaşinqtona gəlməyinizdən çox şadıq.

Prezitdent Heydər Əliyev bu görüşə görə və dediyi xoş sözlərə görə nazirə təşəkkür etdi və xatırlatdı ki, ötən ilin sentyabrın 18-i bizim üçün tarixi bir hadisə oldu. Biz neçə illər işlədiyimiz, hazırladığımız layihənin icra olunmasına başladıq. Məhz Amerika Birləşmiş Ştatları tərəfindən sizin, energetika nazirinin orada iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Vaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda Amerika Birləşmiş Ştatlarının, Azərbaycanın, Gürcüstanın və Türkiyənin birlikdə keçirdiyi beynəlxalq konfransı yüksək qiymətləndirdi və dedi ki, belə konfrans heç olmamışdı. Mən bunu təklif etdim və çox məmnunam ki, Amerika tərəfi də, bizim tərəfdaşlarımız - Gürcüstan da, Türkiyə də bunu yaxşı qəbul etdi, birlikdə toplaşdıq və Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum kəmərlərinin əhəmiyyəti haqqında hamımız bir daha danışdıq. Demək olar ki, cəmiyyət üçün bir daha onun təqdimatını etdik. Layihə başlanandan Amerika Birləşmiş Ştatları bizə dəstək veribdir. Əgər bu dəstək olmasaydı, təbii ki, biz irəliyə gedə bilməzdik.

Prezident Heydər Əliyev cənab Abrahamın indiyədək görüşdüyü ABŞ-ın dördüncü energetika naziri olduğunu xatırladaraq, bu görüşlərin əhəmiyyətini, nazirlərin hər birinin böyük təcrübəyə malik olduğunu söylədi. Dövlətimizin başçısı dedi ki, güman edirəm, Amerika Birləşmiş Ştatlarının enerji naziri kimi, Sizin Bakı-Tbilisi Ceyhan layihəsinin məhz indi həyata keçirilməsinə böyük köməyiniz olacaqdır.

ABŞ-ın energetika naziri Spenser Abraham Bakıdakı görüşləri yada saldı və dedi ki, bizim həyata keçirdiyimiz bu layihə Prezident Buşun enerji strategiyasının vacib bir hissəsidir və bu, dünyada neftin nəqli istiqamətlərinin çoxşaxəli olmasını təmin etmək üçündür. Cənab Prezident Buş və ABŞ hökuməti neft və qazla bağlı olan bütün layihələrin hamısını dəstəkləyir. Bu layihələr təkcə Azərbaycan üçün deyil, region üçün də çox vacibdir və şübhəsiz ki, qlobal səviyyədə neft və qaz təchizatını artıracaqdır. Bunlar Azərbaycan üçün də, Birləşmiş Ştatlar üçün də çox əhəmiyyətli layihələrdir. Biz onları bu günə qədər möhkəm dəstəkləmişik və irəliyə getdikcə də bunu davam etdirəcəyik.

Cənab Spenser Abraham “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusundakı konfransın yaxşı keçməsinin elə bu layihələrin uğurla reallaşdırılmasının əlaməti olduğunu vurğulayaraq dedi:

-Prezident Buş mənə tapşırmışdır ki, mən bu işlərlə məşğul olum. Çox təəssüf edirəm ki, konfransın işində iştirak edə bilməmişəm. Lakin biz bu işlə çox yaxından məşğuluq. Bizə tapşırılıb ki, vaxtaşırı Konqresə gedib konqresmenləri bu layihənin lazımlı olmasına inandırmağa səy göstərək. Bu gün mənim növbəmdir. Bakıda da demişdim, indi də təkrar etmək istəyirəm ki, həmin layihənin uğurla həyata keçirilməsi Sizin xidmətləriniz, Sizin liderlik qabiliyyətiniz sayəsindədir. Bundan sonra da layihəyə dəstək verməkdə davam edəcəyik. Bu, ölkələrimiz arasında münasibətlərin inkişafına, xüsusən də enerji məsələləri ilə bağlı əməkdaşlığa yeni təkan verəcəkdir.

İxrac boru kəmərləri layihələrinin reallaşdırılmasına ABŞ-ın dəstəyini bir daha xüsusi vurğulayan Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, ölkələrimizin çoxşaxəli əməkdaşlığı gələcəkdə də uğurla davam etdiriləcək və Birləşmiş Ştatlar Qafqaz bölgəsində təhlükəsizlik və sabitliyin təmin olunmasına, tərəqqiyə köməyini artıracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO