Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ DAVAM EDİR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Heydər Əliyev Prezident Jak Şirakın dəvəti ilə yanvarın 13-də Fransaya rəsmi səfərə gəlmişdir.

Parisin Orli hava limanında Azərbaycan Prezidentinin şərəfinə təntənəli qarşılanma mərasimi keçirildi. Hava limanında Azərbaycanın və Fransanın dövlət bayraqları dalğalanırdı. Təyyarə meydanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti Heydər Əliyevin təyyarənin pilləkəni yanında Fransanın yüksək vəzifəli şəxsləri qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Hərbi orkestr Azərbaycanın və Fransanın dövlət himnlərini ifa etdi. Respublikamızın rəhbəri Fransanın bayrağına ehtiram göstərdi,

fəxri qarovul dəsrəsinin qarşısından keçdi.

Sonra Prezident Heydər Əliyev fəxri motoskletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha gəldi.

Dövlətimizin başçısı digər ölkələrə səfərlərdə olduğu kimi, bu dəfə də istirahətə vaxt ayırmadı, dərhal Yenlisey sarayına yola düşdü.

Fransa paytaxtının qədim və yaraşıqlı tikililərindən biri olan Yelisey sarayının həyətindəki meydanda respublikamızın rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyevi gətirən avtomibil meydana daxil olan kimi orkestrin ifa etdiyi marşın əzəmətli sədaları ətrafa yayıldı.

Dövlətimizİn başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi. Fransa Respublikasının Prezidenti Jak Şirak Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Yelisey sarayının həyətində mehribanlıqla qarşıladı. Qarşılanma mərasimindən dərhal sonra dövlət başçılarının görüşü oldu.

Prezident Heydər Əliyev və Prezident Jak Şirak Xəzərin Azərbaycan sektorundakı “Lənkəran-dəniz”, “Talış-dəniz” yataqlarının birgə işlənməsi haqqında ARDNŞ ilə Fransanın “Elf Akiten” və “Total” neft şirkətləri arasında müqavilənin imzalanması mərasimində iştirak etdilər. Sənədi ARDNŞ-in prezidenti Natiq Əliyev, “Elf Akiten”in prezidenti Filipp Jafre və “Total”ın prezidenti Tyerri Demore imzaladılar.

Fransa və Azərbaycan prezidentləri imzalanma mərasimində qısa bəyanatlar verdilər.

Sonra Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verdi.

Elə həmin güm dövlətimizin başçısı öz iqamətgahında Parisin meri Jan Tieri, Fransanın maliyyə və xarici ticarət üzrə dövlət naziri İv Qalan ilə görüşlər keçirdi.

Yanvarın 13-də Prezident Heydər Əliyev Fransa Milli Məclisinə gəldi.

Binanın həyətində dövlətimizin baçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Burda da qarşılanma mərasimi oldu.

Milli Məclisin sədri Filip Segen Prezident Heydər Əliyevi səmimi salamladı. Sonra Prezident Heydər Əliyevin və Fransa Milli Məclisinin sədri Filip Segenin başçılıq etdikləri nümayəndə heyətləri arasında görüş keçirildi.

Görüşdən sonra Prezident Heydər Əliyev Fransa Milli Məclisinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Filip Segen Prezident Heydər Əliyevə Fransa Milli Məclisinin xatirə medalını təqdim etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev yanvarın 13-də axşam Parisdəki Beynəlxalq Əlaqələr İnstitutunun əməkdaşları, Fransanın ictimai-siyasi xadimləri ilə görüşdü. Görüşə toplaşanlar respublikamızın rəhbərini hərarətlə salamladılar.

İnstitutun rektoru De Monreal görüşü giriş sözü ilə açaraq, dünyanın ən görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı. Prezident Heydər Əliyevin “Azərbaycan və Qafqaz XXI əsrin astanasında” mövzusunda mühazirəsi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

Azərbaycan Prezidenti görüş iştirakçılarını maraqlandıran suallara da cavab verdi.

Həmin gün axşam “Elf Akiten” şirkəti Prezident Heydər Əliyevin şərəfinə ziyafət verdi.

Azərbaycan Prezidenti Heydər Əliyev yanvarın 14-də səhər Fransa Ticarət-Sənaye Palatasında oldu. Palatanın sədri dövlətimizin başçısına bu qurumun işi barədə məlumat verdi. Prezident Heydər Əliyev palatanın fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı. Azərbaycanın rəhbərinə Fransa Ticarət-Sənaye Palatasının xatirə medalı təqdim olundu. Prezident Heydər Əliyevin şərəfinə burada rəsmi qəbul təşkil edildi. Ölkəmizin başçısı qəbulda çıxış etdi. Fransanın iş adamlarını maraqlandıran suallara cavab verdi.

Sonra dövlətimizin rəhbəri Fransa senatına gəldi. Binanın qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü. Senatın sədri cənab Rene Monore Prezident Heydər Əliyevi səmimi qarşıladı. Sonra Fransa senatının sədri ilə Azərbaycan Prezidenti arasında danışıqlar oldu. Danışıqlar başa çatdıqdan sonra dövlətimizin başçısı senatın xatirə kitabına ürək sözlərini yazdı. Prezident Heydər Əliyevə Fransa senatının xatirə medalı təqdim edildi.

Elə həmin gün Prezident Heydər Əliyev öz iqamətgahında “Total” şirkətinin rəhbərləri ilə görüşdü.

Azərbaycan Prezidentinin Fransa aviasiya şirkətlərindən birinin rəhbərləri ilə görüşündə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Prezident Heydər Əliyev Fransanın tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi.

Dövlətimizin başçısı yanvarın 14-də Fransanın xarici işlər naziri Erve de Şaret ilə də görüşdü. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalandı. Sonra Azərbaycan rəhbərinin şərəfinə rəsmi ziyafət verildi.

Azərbaycan Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO