Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN PRAQAYA SƏFƏRİ

NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Praqada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 21-də axşam Fransa Respublikasının Prezidenti Jak Şirak ilə görüşmüşdür. 

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev noyabrın 22-də Çexiya paytaxtının Konqres Mərkəzinə gəldi. Dövlətimizin başçısını burada NATO-nun yüksək vəzifəli rəsmi şəxsləri hörmətlə qarşıladılar.

Elə həmin gün Konqres Mərkəzində NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü başlandı. NATO-nun baş katibi lord Robertson görüşü açaraq iştirakçıları salamladı, sammitin işinə uğurlar arzuladı.

Çexiya Respublikasının baş naziri Vladimir Şpidla dövlət və hökumət başçılarını salamladı.

Sonra NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçıları çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev zirvə görüşündə çıxış etdi.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Sədr,

Hörmətli həmkarlar,

Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm bəzi dövlətlərin dəstəyindən istifadə edərək, dünya nizamına qarşı həmlələr edir, ekstremizm, təcavüzkar millətçilik və davakar separatizm ideologiyası əsasında yeni qarşıdurma xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə və dəyişməyə cəhd göstərir.

Beynəlxalq sistemin ümumi təhlükəyə qarşı səmərəli mübarizə aparmaq qabiliyyəti ciddi sınağa çəkilir. 11 sentyabr faciəsindən dərhal sonra Avroatlantika birliyi antiterror koalisiyası yaratdı və Azərbaycan ilk gündən bu koalisiyaya qoşuldu. Biz bu gün də başqa ölkələr və beynəlxalq təşkilatlar ilə birlikdə bu təhlükələrə qarşı əlimizdən gələni edirik. Təhlükələrin xarakteri və miqyasları NATO/Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində birgə və hərtərəfli mübarizə üçün hər cür məhdudiyyətləri, o cümlədən də coğrafi məhdudiyyətləri aradan qaldırır.

Lakin bu təhlükə 11 sentyabrdan əvvəl də mövcud idi. Terrorizm və onunla bağlı beynəlxalq cinayətkarlıq ocaqları münaqişə zonalarında və qanuni hakimiyyətlər tərəfindən nəzarət olunmayan ərazilərdə formalaşır. Bu ərazilər isə təcavüzkar millətçilik və zorakı separatizm siyasətindən doğan müharibələr nəticəsində meydana çıxır. Bu mənada Cənubi Qafqaz ən çox narahatlıq doğuran regiondur.

Azərbaycan beynəlxalq terrorizmə və ekstremizmə qarşı barışmaz mübarizə apararaq, əsas səylərini öz ərazilərini Ermənistanın işğalından azad etməyə və orada qanun-qaydanı və nəzarəti bərpa etməyə yönəldir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Avroatlantika Tərəfdaşlığının bütün dövlətlərinin mənafelərinə uyğundur. Nə qədər ki gec deyil, dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması əsasında münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir.

Azərbaycan NATO ilə tərəfdaşlığı gələcək Avroatlantika təhlükəsizlik sisteminin əsası kimi qiymətləndirərək, Alyans ilə inteqrasiya tərəfdaşlığına və intensiv ikitərəfli dialoqa səy göstərir. Bununla yanaşı, Alyans və Tərəfdaşlıq üzvlərinin artmaqda olan qarşılıqlı asılılığını, tərəfdaşların mənafe və tələbatının daha çox nəzərə alınması zəruriliyini qeyd etmək istəyirəm.

Biz NATO tərəfindən Cənubi Qafqaza diqqətin artdığını görürük. Lakin hər cür regional təşəbbüslər və təkliflər ilk növbədə müharibələrin nəticələrinin aradan qaldırılmasına və dövlətlər arasında beynəlxalq miqyasda tanınmış sərhədlərin bərpa olunmasına yönəldilməlidir.

Biz məmnunluqla qeyd edirik ki, NATO ilə Rusiya arasında yeni qarşılıqlı münasibətlər inkişaf etməkdədir, bu isə Avropanın müxtəlif regionlarında böhranların aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb edə bilər.

Mən Alyansa daxil olmaq barədə dəvət almış dövlətləri təbrik edirəm. NATO-nun yeritdiyi açıq qapı siyasətini qiymətləndirirəm.

Cənab Sədr,

Qarşımızda duran məqsədlər böyük səylər tələb edir. Lakin bizim geri çəkilməyə ixtiyarımız yoxdur. Bizim müqəddəs vəzifəmiz gələcək nəsillərə təhlükəsiz və sabit dünya bəxş etməkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

(Dövlətimizin başçısının çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Zirvə görüşü başa çatdıqdan sonra iştirakçılar birgə xatirə şəkli çəkdirdilər.

Elə həmin gün NATO-nun baş katibi lord Robertsonun adından dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.

X X X

Noyabrın 22-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə görüşü olmuşdur.

Dost və qardaş ölkələrin prezidentləri Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi apardılar.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev noyabrın 22-də axşam Praqanın “Stara Ruzina” beynəlxalq hava limanına gəldi. Dövlətimizin başçısını Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikasının NATO yanında daimi nümayəndəliyinin başçısı Mirhəmzə Əfəndiyev yola saldılar.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gecə Bakıya gəldi.

Respublikamızın rəhbəri Binə hava limanında jurnalistlərə müsahibə verdi.

(Müsahibənin mətni qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

Prezident Heydər Əliyevi hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır