Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlmişdir
Çikaqo, 19 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısının şərəfinə Çikaqo şəhərinin “Oʼ Hare” Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi ABŞ-ın rəsmi şəxsləri qarşıladılar.