Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir

Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Körpülərin salınması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının sabiq prezidenti Jak Santeri, Fransanın sabiq nəqliyyat naziri, deputat Tierri Marianini, Türkiyənin sabiq Baş naziri Məsud Yılmazı, Niderlandın sabiq müdafiə naziri Villem Van Eekeleni, Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı İvo Vayqlı, Sloveniyanın sabiq iqtisadi inkişaf naziri Mitya Qasparini, Almaniyanın sabiq nəqliyyat və infrastruktur naziri Kurt Bodeviqi, Danimarka şahzadəsi Kristian zu Şambur-Lippeni və Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen Qramkeni qəbul etmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Xoş gəlmisiniz, sizi görməyimə çox şadam. Ümid edirəm ki, ölkəmizdə vaxtınız xoş keçəcəkdir. Bilirəm ki, siz bu gün “Körpülərin salınması” mövzusunda konfransda iştirak edirsiniz. Düşünürəm ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir. Fikrimcə, körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir. Sizin əksəriyyətiniz artıq ölkəmizdə olmusunuz və Azərbaycanın qədim tarixi və bugünkü inkişafından məlumatlısınız. Mən çox şadam ki, müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib.

“Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəltməliyik”, - deyən Prezident İlham Əliyev bildirdi ki, regionda mühüm rol oynayan Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir.

“Bizim keçən il qeyd etdiyimiz 20 illik müstəqilliyimiz bu müsbət meyli ancaq gücləndirib”, - deyən Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafının müsbət olduğunu, siyasi və iqtisadi islahatların aparılmasında böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırdı. Avropa strukturları ilə əməkdaşlığın uğurlu olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın bu sahədə bundan sonra daha çox tərəqqiyə ümid etdiyini və bir-birimizin maraqlarını əhəmiyyətli dərəcədə dəstəkləyə biləcəyimizi söylədi. Prezident İlham Əliyev qeyd etdi ki, biz siyasi transformasiya, siyasi islahatlar, enerji təhlükəsizliyi, daşıma infrastrukturu və humanitar sahələrdə mühüm işlər görürük. Bununla yanaşı, biz Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstanda apardığı əməliyyatlarda fəal iştirak edirik.

Azərbaycanın Avratlantik strukturlar ilə əməkdaşlığa da töhfə verdiyini qeyd edən Prezident İlham Əliyev ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə toxunaraq dedi:

- Azərbaycanın keçən il BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi təkcə gənc bir dövlətin tarixində əlamətdar hadisə deyildi. Bu, həmçinin bizə mövqeyimizin, gündəliyimizin nədən ibarət olduğunu, sülh və sabitliyin yaranmasında beynəlxalq səylərə necə dəstək ola biləcəyimizi bütün dünyaya nümayiş etdirməyə imkan verir. Bizim, eyni zamanda, daxili problemimiz vardır. Bildiyiniz kimi, ən böyük problemimiz artıq 20 ildir davam edən işğaldır. Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağ və heç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. “Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir. Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir.

Əminəm ki, siz görüşləriniz zamanı maraqlı müzakirələr aparacaqsınız. Ümid edirəm ki, Azərbaycanla bağlı daha çox məlumat almaq və bu inkişafı görmək imkanınız olacaqdır.

Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen QRAMKE Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Avropa Məsələləri İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən “Körpülərin salınması” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə hazırlandığını qeyd etdi və onun fəaliyyət istiqamətlərinə toxunaraq dedi:

- Bizim əsas fəaliyyət istiqamətlərimiz bunlardır. Birincisi imic, digər istiqamət infrastruktur, üçüncüsü bütün bunların beynəlxalq səviyyədə təqdim olunması, sonuncusu isə innovasiyadır. Biz dörd panel - siyasi məsələlər, iqtisadiyyat, idman və təhsil panellərini keçirəcəyik. Qeyd etdiyim kimi, biz bunları beynəlxalq səviyyədə təqdim etmək fikrindəyik. Siz beynəlxalq səviyyədə körpülərin qurulması istiqamətində addım-addım irəliləyirsiniz. Düşünürəm ki, siyasi, iqtisadi, idman və təhsil sahələri olduqca əhəmiyyətlidir.

Bəzilərimiz ilk dəfədir ki, Bakıdayıq. Biz Sizə, Sizin fəaliyyətinizə və xalqınıza ən böyük arzularımızı çatdırırıq, biz burada çox gözəl vaxt keçirdik. Təşəkkür edirəm.

Sonda xatirə şəkli çəkdirildi.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib

Azərbaycan Universitetində magistratura proqramlarının hazırlanmasına dair müzakirə aparılıb

“Nağıllar aləmində” yenidən səhnədə

Millinin baş məşqçisi: İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi

BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

® “NEQSOL Holding” Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Rəssam Milena Nəbiyeva: Ornamentlər Azərbaycan xalqının özünəməxsus müqəddəs yaddaşıdır

Ankarada 3,5 maqnitudalı zəlzələ olub

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Vergi xidmətinin 25 illiyi qeyd edilib

Ötən il gəmi-bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

Koçaryan: Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq

Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb

İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

“İrşad” elektronika mağazaları şəbəkələri arasında Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub

Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Misirdə binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb