AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ESTONİYA PARLAMENTİ SƏDRİNİN MÜAVİNİ KRİSTİNA OYULANDI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Estoniya Parlamenti sədrinin müavini Kristina Oyulandı qəbul etmişdir. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulandı, ölkələrimiz arasında əlaqələrin Avropaya inteqrasiya istiqamətində və Avropa Birliyi çərçivəsində də önəm daşıdığı qeyd olundu.
######
