Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etmişdir VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlunu qəbul etmişdir.
Görüşdə Azərbaycanın İslam Əməkdaşlıq təşkilatının bütün strukturlarındakı uğurlu fəaliyyətinin önəmi qeyd olundu, təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.