AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİL BAŞ NAZİRİNİN MÜAVİNİ ŞİMON PERESİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da, onun üçün ayrılmış iqamətgahda - “Regent Ankara” mehmanxanasında İsrail Baş nazirinin müavini Şimon Peresi qəbul etmişdir.
Şimon Peres xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırlatdı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.